Rusiyada kütləvi etiraz aksiyaları keçiriləcək – Pensiya yaşının qaldırılmasına qarşı

Rusiyada kütləvi etiraz aksiyaları keçiriləcək – Pensiya yaşının qaldırılmasına qarşı

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, bu gün Rusiyanın bir neçə şəhərində pensiya yaşının qaldırılmasına qarşı kütləvi etiraz aksiyası keçiriləcək.


Gözlənildiyi kimi, ən izdihamlı mitinq Novosibirsk şəhərində olacaq.
Xəbərə görə, pensiya islahatına qarşıYaroslavl və Kirov şəhərlərində də piket keçiriləcək. Yaroslavdakı mitinqin təşkilatçısı kimi, həmkarlar təşkilatları çıxış edir.
Novosibirskdə keçiriləcək tədbirin sifarihçisi qismində həmrəylik fəaliyyəti Komitəsi çıcış edir. Bu mitinq artıq şəhərdə həmin səbəblə kçirilən ikinci tədbirdir.

Bundan əvvəl ölkənin onlarla şəhərində pensiya yaşının qaldırılmasına qarşı aksiya keçirilməsi üçün sifarişlər verilib. Ancaq hakimiyyət bu müraciətlərə razılıq verməyə tələsmir. Məsələn, futbol üzrə Dünya Çempionatının keçirilməsi səbəbilə, Moskva, Ekaterinburq, Samara və Peterburqda artıq şəhər hakimiyyəti ilə razılaşdırılmış mitinqlər dayandırılıb. Amma çempionata aidiyyəti olmayan bəzi şəhərlərdə də yerli hakimiyyət etiraz aksiyalarının keçirilməsinə razılıq vermir. Belə şəhərlərin sayı 25-dən artıqdır. Təşkilatçıların sözlərinə görə, sifarişlərin razılaşdırılması məqsədli şəkildə yubadılır.
Məlum olduğu kimi, iyunun ortalarında Rusiya hökuməti Dövlət Dumasına bir qanun layihəsi təqdim edib. Bu sənəd tədrici olaraq, ölkədə pensiya yaşının 63-ə (qadınlar üçün) və 65-ə (kişilər üçün) qaldırılmasını nəzərdə tutur. Hökumət bu addımı guya, dövlət büdəsinin pensiya yükünün arması ilə izah etməyə çalışır. Amma mütəxəssislərin hesablamalarına görə, bu göstərici üzrə Rusiya, Avropa İttifaqı (Aİ) ölkələrinin bir çoxundan irəlidə gedir.
Pensiya yaşının qaldırılmasına əhalinin etirazlarının artıq küçəyə çıxması Rusiya üçün yaxşı heç nə vəd etmir.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az