Rusiyanın 102 saylı bazası Ermənistanda xəbər saytını maliyyələşdirirmiş

Rusiyanın 102 saylı bazası Ermənistanda xəbər saytını maliyyələşdirirmiş
Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazası erməni xəbər saytını maliyyələşdirirmiş.

"Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Gənclərin "Zorakn” Elmi-Maarifləndirici Fondunun hesabatında bildirilib.
Bildirilib ki, "azdarar.am” adlı saytda rəsmi olaraq, bu media qurumuna aid "Razm.info” adlı hərbiyönlü xəbərlər yayan portal qonşu dövlətlərin elektron KİV-ində yayılan materialların icmalını hazırlaması qarşılığında 2016-cı ildə 100 min rubl (1600 dollara yaxın) pul alıb. "Forrights.am” da çap olunan məqalədə isə bildirilib ki, "razm.info” portalı Rusiyanın Ermənistandakı hərbi bazası ilə əməkdaşlıq edirmiş.
Həmin yazıda vurğulanıb ki, bu portal Rusiyanın hərbi bazasının maraqlarına xidmət edirmiş. Portal xəbərlərində davamlı olaraq, Türkiyə və Azərbaycanı "düşmən” adlandırırmış. "Forrights.am”dakı məqalədə bildirilib ki, Ermənistandakı peşəkar KİV Türkiyə və Azərbaycanı "rəqib” adlandırırlar.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az