Rusiyanın gizli missiya üçün Qarabağa göndərdiyi biznesmenin yeni PLANI ORTAYA ÇIXDI

Rusiyanın gizli missiya üçün Qarabağa göndərdiyi biznesmenin yeni PLANI ORTAYA ÇIXDI
Rusiyada adı millətçi "BORN” işində hallanan və Kreml tərəfindən "vurulduğu” üçün Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə köçərək burada ermənilərə dəstək məqsədilə investisiya yatıran biznesmen German Sterlikov (Rusiya mediası onu "Rasputin sifətli bespredel” adlandırır - red.) uzun müddətdən sonra yenidən "güz üzünə” çıxıb.

Publika.az xəbər verir ki, G.Sterlikov Rusiya Dövlət Dumasına seçilmək üçün seçkilərdə iştirak edəcəyini açıqlayıb.
O, namizədliyini Bryansk bölgəsindən verəcəyini deyib.
"Mən Bryansk bölgəsindən deputatlığa namizədliyimi verməyi planlaşdırıram və ümid edirəm ki, faydalı olacam. Hesab edirəm ki, kəndlilərə dəstək lazımdır. Lakin bu gün Dumada heç kim kəndlilərin problemini qaldırmır. Mən bu işi həyata keçirmək niyyətindəyəm. Gələn həftə namizədliklə bağlı sənədlərimi verməyi planlaşdırıram”, - deyə o vurğulayıb.
Lakin Sterlikov seçkidə hansı partiyanın namizədi kimi çıxış edəcəyini hələlik dəqiqləşdirmədiyini vurğulayıb.
Qeyd edək ki, G.Sterlikov 2015-ci ildə ailəsi ilə birlikdə Dağlıq Qarabağa köçdü və burada kənd təsərrüfatı üzrə biznes yaratmağa başladı. O, "Adəmdən Putinə qədər” adlı kitab yazandan sonra Kremllə ciddi problemlərinin yarandığını açıqlamışdı. Qarabağa köçməsinin, daha dəqiq desək, "qaçmasının” səbəbi kimi də bunu göstərirdi. Onun haqqında "BORN” işi ilə bağlı cinayət işi açılsa da, sonradan bu məsələ heç olmamış kimi qapandı. Uzun müddət Qarabağda "gizlənən” Sterlikovun əslində Rusiya tərəfindən gizli missiya ilə Azərbaycanın işğal edilmiş ərazilərinə göndərildiyi ehtimalları var idi.
Publika.az həmin vaxt Sterlikovun Qarabağa gəlişinə dair bu ehtimallar üzərində araşdırma aparmışdı.
Görünür, Sterlikov Kremllə problemlərini həll edib, yaxud missiyası başa çatıb və indi deputat olmaq niyyətindədir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az