Rusiyanın müdafiə naziri sualtı qayıqdakı qəzanın səbəbini açıqlayıb

Rusiyanın müdafiə naziri sualtı qayıqdakı qəzanın səbəbini açıqlayıb
Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu ölkəsinə məxsus sualtı qayığın Atlantik okeanında qəzaya uğramasının səbəbini açıqlayıb.

"Report” ”İnterfax”a istinadən xəbər verir ki, nazir "Loşarik” sualtı qayığın akkumlyator bölməsində yanğın baş verdiyini deyib.
S.Şoyqu qeyd edib ki, bu, qayıqda qəzaya səbəb olub.
Onun sözlərinə görə, sualtı qayıqda nüvə enerjisi qurğusu tam işlək vəziyyətdədir.
Qeyd edək ki, iyulun 1-də Rusiyanın sualtı qayığında yanğın baş verib. Yanğın şəxsi heyət tərəfindən söndürülsə də, 14 dənizçi ölüb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az