Ruslar Türkiyə ordusunu bombaladı
Suriyanın İdlib şəhərində əməliyyatlara başlayan Türkiyə ordusu itki verib.
Ruslar Türkiyə silahlı qüvvələrini bombalayıb.
Miq.Az xəbər verir ki, qardaş ölkə ordusunun 2 əsgəri həyatını itirib, 5 nəfər yaralanıb. Rusiya silahlı qüvvələrinin Suriyadakı komandanlığı addımına haqq qazandırıb. Ruslar Türkiyə ordusunu terrorçularla birlikdə hərəkət etməkdə qınayıb.
Türkiyə borclu qalmaq fikrində deyil. Rəsmi Ankara kömək üçün ABŞ-a müraciət edib. Türkiyə Vaşinqtondan ruslarla mübarizə üçün raket əleyhinə müdafiə sistemi olan 2 "Patriot” istəyib. Son məlumata görə, müsbət cavab alınmayıb. Buna baxmayaraq, yaxın saatlarda F-16-ların havaya qalxması gözlənilir. /Bizimyol.info/