“Ruslara nifrətdən imtina edin, biz də…” – Moskvadan kritik Gürcüstan açıqlaması

“Ruslara nifrətdən imtina edin, biz də…” – Moskvadan kritik Gürcüstan açıqlaması
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Gürcüstana təyyarə reyslərinin yenidən açılacağını istisna etməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyada nəşr olunan "Kommersant” qəzeti məlumat yayıb.
Nəşr Rusiya hökumətinin təyyarə səfərlərinin yenidən bərpa olunması üçün şərtlərinin olduğunu yazıb:
"Rusiya Gürcüstana təyyarə reyslərinin yenidən açılmasına hazırdır. Bura Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğv edilməsi də daxildir.
XİN-dən bildirilib ki, bunlar üçün bir sıra addımlar atılmalıdır. Məsələn, Gürcüstandakı ictimai-siyasi vəziyyət normallaşmalı, rusofobiya aradan qalxmalı və bu ölkədə Rusiya vətəndaşlarının təhlükəsizliyi təmin edilməlidir. Bundan sonra əlaqələrin normallaşması və təyyarə reyslərinin yenidən açılmasını müzakirə edə bilərik”.
Əlavə edək ki, iyulun 8-dən Rusiya Gürcüstana olan təyyarə reyslərini dayandırıb. Buna səbəb kimi, iyunun 20-də Tiflisdə Rusiya əleyhinə başlayan etiraz aksiyaları göstərilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az