Rus politoloqun "Bakını "İsgəndərlərlə" vurmaq lazımdır" bəyanatına- Anar Həsənovun CAVABI

Rus politoloqun

Bir neçə gün bundan əvvəl Rus politoloqu Evseev "Bakını "İsgəndərlərlə "vurmaq lazımdır" kimi bəyanat yaydı. Mahiyyətin hardan və nədən qaynaqlandığını anlamayan zurnacı -jurnalistlər hər zaman oduğu kimi, çalışdıqları peşənin dərinliklərini "ata qızını zorladı, filan rayonun icrasının oğlu qalonvager sürür" kimi anlayan bu məxluqi sürünənlərdən bir JURNALİST ARAŞDIRMASI gözləmədiyim üçün, başqa səmtə, daha həqiqi peşə sahibinə üz tutdum. Zənnim aldatmadı. Hal-hazırda Moskva şəhərində yaşayan Anar Həsənovun məsələyə münasibət bildirməsini xahiş etdim. Zənnimdə yanılmadım. Peşə-peşəkarlara yaraşır! (Abuzər Əbilov)

****
 
Vladimir Evseev. İskəndər raketləri. Baki... 

 
Anar Həsənov Moskva 04.12.2018.

Vladimir Evseev. İskəndər raketləri. Baki... 

Söhbətin nədən gedəcəyi bəllidir. Bu mövzuya müdaxilə etməyə məcburam. 

Səbəb: Hesab edirəm ki, heç bir səlahiyyəti olmayan birisinin ehtimalından sui-istifadə gündəmimizi zəbt edib. Peşəkar həmkarlarım sifariş yerinə yetirməyə məcburdu, Rusiyanı söymək startında duran qeyri peşəkar ura patriotlar üçün isə bu bir fürsətdir. 

Yevseevin çıxışının gündəmi zibilləməsi, fikrimcə bir neçə məqsəd güdür: 

Birincisi, Qarabağı qaytara bilməyən səriştəsizlər üçün bu kimi bəyanatlar "Rus imkan vermir” cümləsi üçün bir girəvədir və inanın ki, Bakıda bu kimi bəyanatları gözləyənlərin sayı Ermənistandan elə də az deyil. Əli qolumuzu kilitləmək istəyənlərin imkanı olsaydı, Yevssevə bir Tərəqqi medalı da verərdilər, - ən azı dekabrı da bir təhər bu ehtimal, versiya və nəzər nöqtəsinə şərhlər verməklə bitirəcəklər və beləcə münaqişənin 31 ci illiyinə qədəm qoyacıq. 

Yevseev 2013 cü ilə kimi Azərbaycan meylli bəyanatları və şərhləri ilə məşhur olub. O nə Ermənistan sevdalıdır, nə də Azərbaycan. İstər şəxsi, istərsə də işgüzar görüşlərimiz zamanı Azərbaycanla bağlı ancaq müsbət fikirləri ilə fərqlənib. Bir zamanlarsa rəsmi Bakının keçirtdiyi tədbirlərin qonağı idi. 2014 cü ilə qədər bizim MÜŞTƏRİMİZ olub. 2014 - dən sonra keçib o biri tərəfə, daha dəqiq desək, xalqımızın düşməni Konstantin Zatulinə beyət edib. İndi niyə görə peşəkarı itirmişik, niyə məşhur ekspertin məcburiyyətdənmi o tərəfə keçib sualına qoy Türkmənistanın xalq artisti Polad Bülbüloğlu və müvafiq qurumlar versin. 
Lobbizm siyasəti ilə bağlı sorumlular arasında səfirliyimiz hər halda sonuncu instansiya deyil. 

Xülasə, Evseevin İskəndər raketləri ilə bağlı çıxışının əsas məqsədi Azərbaycanı Rusiya ilə birgə hava hücumundan vahid müdafiə sistemi qurmağa çağırışdır. Artıq uzun illərdir ki, Yevssev və başqa mütəxəssislər bunu bizə eşitdirir. Düşüncələrimin mənbəyi Yevseevlə keçirdiyim görüşlər və aşağıda təqdim edilən videoarxivdir. Aşağıdakı video 2014 cü ilin sentyabrında çəkilib. Rusiya Azərbaycanla hava hücümunda ümumi müdafiə sistemi qurmaqla Azərbaycanın digər dövlətlərlə hərbi siyasi əməkdaşlığını sıfıra endirməyə cəhd edir. Ermənistanla analoji anlaşması olan Rusiya Azərabycana da qucağını açır və bunun ardınca Azərbaycanın Rusiyadan asıllığı daha da artır. Ehtimal edilən bu əməkdaşlıq sonradan yeni silahların alınmasını, birgə təlimləri, hərbiçilərimizin Rusiya ali hərbi məktəblərinə göndəriıməsini diktə edir və bir sözlə, come back to USSR! Yevseevin İrəvanda keçən həftə səsləndirdiyi ehtimala gəldikdə, o bir neçə il bundan öncə qaldırılan məsələnin davamından başqa bir şey deyil. Mövzunu uzatmaq da olar, amma bu yazı qonorar xatirinə yazılmır ki, həcmini böyüdüm. Videonu izləyin və Yevssev məsələsinə bir yağlı nöqtə qoyun. 
P.S. Unutmayın ki, qapalı cəmiyyətlərın mətbuatındakı şərh və yazılar səmimi olmaya da bilir!
 
 


(Mənbə: Legion HVK)

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az