"Pafosla oturmaqla deyil, sən dediklərin mənim gözümün qabağından keçib”


Minval.info xəbər verir ki, müğənni Cəmilə İsgəndərova qalmaqallı açıqlamalar verib.

O, həmkarı Abbas Bağırov haqqında "Neolitda Kamranın əlinin altında oxuyurdu” sözlərini işlədib.

"Sifarişə mahnı ifa edirdi. Sonradan Telman İsmayılov çıxdı ortalığa. Ona sponsorluq etdi, mahnı yazdı, indi ad alıb. Kimə deyirsən sən bunları? Mənə heç kəs "mən filan şeyəm” söyləyə bilməz” – müğənni bildirib.

Cəmilə İsgəndərov həmçinin Röya Ayxan haqqında şok sözlər dilə gətirib:

” Röya da "Qızıl qaya”da 5 şirvana oxuyan adam idi. Şou-biznesin yaradıcı oturub burada. Hamısını görmüşəm. Məsələn, mən deyirdim ki, xalqın qabağına bu geyimlə çıxmaq olmaz”.