Sabiq departament direktorunun nahara getməyə məcbur olduğu “svoliç“ kimdir? - FOTOFAKT

Sabiq departament direktorunun nahara getməyə məcbur olduğu “svoliç“ kimdir? - FOTOFAKT

Sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun Meşələrin İnkişafı Departamentinə direktor əvəzi təyin etdiyi Sohrab Abbasov son günlər feysbuk səhifəsində etdiyi paylaşımlarla gündəmə gəlib. 
 
Verilən məlumata görə feysbuk sosial şəbəkəsində aktiv məmurlardan olan Sohrab Abbasov həmişə mədəni, təbiətin rəngarəngliyini özündə təcəssüm etdirən paylaşımları ilə seçilib. Ancaq S.Abbasovun son paylaşımları həm sosial şəbəkə istifadəçilərinin, həm də onun dostluğunda olan şəxslərin təəccübünə səbəb olub. 
 
Məlumata görə departament direktorunun məmur adına yaraşmayan, küçə jarqonları ilə yazdığı bu paylaşımlara səbəb son zamanlar onun işində baş verən problemlərlə bağlıdır. Belə ki, bu ilin fevral ayının 19-da nazir Muxtar Bababyevin əmri ilə Sohrab Abbasov Meşələrin İnkişafı Departamentinin direktoru əvəzi vəzifəsindən azad edilərək "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-yə sədr müavini təyin olundu. Deyilənə görə Meşələrin İnkişafı Departamentinin direktoru vəzifəsinə təqsiqlənəcəyini gözləyən direktor əvəzi nazirin bu əmrini hiddətlə qarşılayıb.
 
Sohrab Abbasovun feysbuk paylaşımlarında tez-tez "svoliç" deyə hədəfə aldığı şəxsin kimliyi isə dəqiq bilinmir. Ancaq sabiq departament rəhbərinin aprel ayının 12-də paylaşdığı "Elələri var ki, onlarla bir masa ətrafında oturmaq günahdı... qalmışdı bu tip svoliçlə hər gün nahara getmək. Dağıl a dünya" yazısına diqqət yetirəndə məlum olur ki, onun "svoliç" deyə hədəfə aldığı hər gün nahara birlikdə getməyə məcbur olduğu şəxsdir. 
 
Xatırladaq ki, Sohrab Abbasovun 2017-ci ilin iyun ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin Direktor əvəzi təyin olunması o zaman ictimaiyyətdə böyük suallar doğurmuşdu. Nazirlikdə, departamentdə bu vəzifəyə çoxsaylı namizədlər ola-ola rəhbər vəzifəyə kənar şəxsin təyin edilməsi mətbuatda da müəyyən suallara yol açmışdı. Hətta o vaxt bəzi saytlar Sohrab Abbasovun Meşələrin İnkişafı Departamentinə direktor əvəzi təyin olunmasında onun həmkəndlisi olan tikinti sahəsində fəaliyyət göstərən məşhur iş adamının xüsusi rolunun olduğunu qeyd edirdi./AzFakt.com/
 
Qarşı tərəf də mövqe bildirə bilər.


Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az