Sabiq icra başçısı həbs ərəfəsində: Vaqif Abdullayev general dəstəyini itirib

Sabiq icra başçısı həbs ərəfəsində: Vaqif Abdullayev general dəstəyini itirib

Azərbaycanda vəzifəli şəxsin işdən çıxarılmasından dərhal sonra həbs olunması, ölkədən getməsilə bağlı məlumatların kütləvi informasiya vasitələrində tirajlanması trendi yaranıb. Bu sırada sabiqlər sırasına qoşulan şəxslərin mal-mülklərinin siyahısının dərc olunması hallarını da qeyd edə bilərik: "Eks-nazir həbs olunur”, "eks-başçının sonu yaxınlaşdı”, "sabiq başçının villaları üzə çıxdı” və s.
Amma bir müddət sonra nə həbs edilən olur, nə də ölkədən gedən… Ölkə başçısının 5 oktyabr 2018-ci il sərəncamı ilə Beyləqan rayon İcra Hakimiyyəti başçısı postundan azad edilən Vaqif Abdullayev kimi…
Onu da qeyd edək ki, Vaqif Abdullayev ən qalmaqallı icra başçılarından biri kimi tanınır. Onun icra başçısı olduğu dönəmdə macəraları dəfələrlə mətmuat səhifəsinə yol açıb. Məsələn, icra başçısı olduğu zaman V.Abdullayevin oğluna ad günündə 300 min manatlıq maşın bağışlamaqla gündəmə gəlmişdi. Daha sonra isə məmurun özünə dəyəri 1,5 milyon manat olduğu deyilən "Bugatti” markalı avtomobil alması xəbəri yayıldı. Bundan başqa, Vaqif Abdullayevin "Gənclik” metrosu yaxınlığında bu yaxınlarda özünə 2 milyon manata villa aldığı deyilir. Əldə etdiyimiz məlumatlara əsasən Vaqif Abdullayevin Xızı rayonunda da villası və istirahət mərkəzi var. Ancaq bunlar məmurun biznesinin heç də hamısı deyil. Məlumatlı mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, V.Abdullayev Azadlıq prospektində bir nece obyekt,Teymur Əliyev indiki Məmməd Araz küçəsində 4 milyonluü villa, bulvarda Tac mtk da 3 menzil, 10bp010,10nr010,10MA010 nomrə nişanlı qalenvagenler, paytaxtda bir neçə yeni tikili,beyleqanda ferma, özünün və övladlarının Xızıda villaları və torpaq sahelerinə sahiblənib.

V.Abdullayevin bu qədər kapitalı heç şübhəsiz qanuni bizneslə əldə edilməyib. Onun icra başçısı kimi fəaliyyəti araşdırılarsa, talaçılıq və korrupsiyada  həbsdə olan həmkarlarından geri qalmadığı ortaya çıxar. Redaksiyamıza daxil olan məlumata görə, V.Abdullayev hər yerdə bəyan etsə də artıq onun arxasında məlum general dəstəyi yoxdur.  Belə ki, bu qohumluq münasibəti artıq pozulub. Başqa bir məlumata görə isə, V.Abdullayevin icra bsşçısı kimi fəaliyətinin araşdırılması haqda siyasi qərar var.Bu proses isə heç şübhəsiz onu həbsə aparacaq.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az