Sabir Almaslı Elmar Məmmədyarovu debata ÇAĞIRDI: "İstefa verin!"

Sabir Almaslı Elmar Məmmədyarovu debata ÇAĞIRDI:

Redaksiyamıza Almaslı  Sabir  Mütəllim  oğlu tərəfindən maraqlı müraciət daxil olub. Miq.Az vasitəsilə Azərbaycan  Respublikasının  Xarici  İşlər  Naziri Elmar  Məmmədyarova  məktub ünvanlayan Almaslı  Sabir Mütəllim  oğlunun müraciətini olduğu kimi oxucuların diqqətinə çatdırırıq: 
 
Azərbaycan  respublikasının  Xarici  işlər  naziri Elmar  Məmmədyarova  

"Hörmətli, Elmar  müəllim! 

Azərbaycan  mətbuatında  həvəslə  tirajlanan Sizin  Paşinyana  utanmaz  deməyiniz  məni  çox  sevindirdi.  Ona  görə  ki,  eşitdiyimə  görə  sizin  bu  çıxışınızdan  sonra  o  erməni  gecə  yata  biməmiş, hətta.... Əgər  siz  vaxtında  və  tez-tez  belə  çıxışlar  yapsaydınız,  bizim  Dağlıq  Qarabağ  məsələmiz  çoxdan  həllini  tapardı. 

Elmar müəllim! Siz  dünyagörmüş  və  savadlı  bir  insansınız.  Amma  Azərbaycan  Dövlətinin  xarici  siyasətini  Hacıbala  Abutalıbov,  Əli  Həsənov,  Ziya  Məmmədov  və  bu  kimi  insanların  düşüncə  tərzi  ilə idarə edirsiniz. Əgər  Azərbaycanda obyektiv  bir  televiziya  kanalı  olsaydı, özümü  sizinlə  müqayisə  etmək üçün,  debata  çıxmaq  istəyəcəkdim.  

Elmar müəllim, siz  T. Şevçenko adına Kiyev Dövlət Universitetinin  məzunu,  mən  isə  Kiyev  Politexnik  İnstitutunun  məzunu  olmuşam. Azərbaycan  reallıqlarını  nəzərə  alsaq,  çox  ehtimal  ki,  siz  tapşırıq  ilə  tələbə  olmusunuz. Amma  mən  müasir  Azərbaycan  Dövlətçiliyinin banisi  olan  dahi  Heydər  Əliyevin  çoxillik  əməyinin və  təhsil  sahəsindəki  siyasətinin  nəticəsi  olaraq  ali  məktəb tələbəsi  ola  bilmişəm. Tələbəlik  illərindəki  fəaliyyətinizdən  məlumatsızam. 1985-1990  illər  ərzində Kiyev Dövlət Universitetinin azərbaycanlı tələbələri  ilə  gediş-gəlişimiz  olub,  əgər  parlaq,  tanınmış  tələbə  olsaydınız,  haqqınızda  məlumatlı  olardım. Mən   fakültə tələbə  sovetinin sədri (20 saylı tələbə yataqxanası), tələbə  həmkarlar  şurasının  büro  üzvi   və  fakultə  elmi  şuranın  üzvi olmuşam.
     
Sizin  atanız  Azərbaycanın  tanlnmlş  elm  xadimlərindən  biridir,  mənim  atam  isə  adi  bir  kolxozçu  olub. Mən aşağıda  şəkildə  görünən  adi  bir  kənd  məktəbinin,  cəmi  dörd  sinif  və  bir  müəllimlər  otağından  ibarət  bir  məktəbin  şagirdi  olmuşam,  amma  siz  Bakının  ən  eltar  müasir  tipli  bir  məktəbin  şagirdi  olmusunuz. Göründüyü  kimi   mənim  təhsil  aldığım  məktəbin  səviyyəsi  sizin  təhsil  aldığınız  məktəbin  səviyyəsindən  qat-qat  aşağıdır.  Bunun  da  nəticəsi  olaraq  bu  gün  siz nazir,  mən  isə  sıravi bir vətəndaşam.

Tələbəçiliyimiz  də  fərqli  keçib,  sizinki  yəqin  ki, tam fərqlı, mənimki  isə kitabxanalrda  keçib. Tələbəlik   dövründəı,  təhsil  aldığım  beş  il  altı  ay  müddətində Kiyev  Politexnik  İnstitutunda, hər  yerdə,  məni  tanıyan  hər  kəs  mənə  görə  Azərbaycanı tanıyıb. Yəni  mən  bir  kəndli  balası  olaraq tələbə  olmaqla  yanaşı,  eyni  zamanda  yaxşı  mənada  müsbət  azərbaycanlı  obrazı  yarada  bilmişəm. 

Tədbirlərdə,  müxtəlif  yığıncaqlarda  məni  təqdim  edəndə  çoxlarının  inanmağı  gəlmirdi  ki,  mən  azərbaycanlıyam. Yəni  necə  olur  ki,  mən  bir  kəndçi,  hətta  rus  dilində  aksent  ilə  danışan bir  tələbə  öz   xarakter  və  bacarığı  ilə   Azərbaycan  haqqında    müsbət  rəy  yarada  bilir,  amma  başda siz  olmaqla, sayca  ermənilərdən  on  qat  çox  olan  bütün  dünyaya  səpələnən  azərbaycanlılar  otuz  ilə  yaxın müstəqillik  dövründə   hələ  də  Azərbaycan  haqqında   müsbət  rəy  formalaşdıra  bilmirsiniz. 

Mən siyasi  iqtisad  və  fəlsəfə  fənlərində  mühazirə  aparan  müəllimlərimlə  ancaq  və  ancaq  Azərbaycan  haqqında  danışmış  və  diskusiyalar  aparmışam. 1989-cu  ildə  Kiyev  şəhərində  mərhum  tələbə  yoldaşım  Etibar  Teymurovla  (ən çox da  Etibarın  əməyi  sayəsində)  türkdilli  xalqların  mədəni mərkəzinin  yaradılması  və  1990-cı  ildə  Kiyev  politexnik  institutunun  əsas  binasındakı  akt  zalında  Azərbaycan  Diasporunun  əsasnı  qoyan   təşkilatçılarından   və  yaradıcılarından  biri  olmuşam.  Bakıda  20   yanvar  qanlı   hadiaələrindən  sonra   sovet  KQB –si  ilə   qabağ-qabağa  bir  il  yarım  vuruşmuş, Litvada  qlavlitin  icazəsi  ilə  "Təcavüz”  ("Aqressiya”)  adlı  kitabçanı  çap  etdirmişik. Bütün  bu  işlərdə  mənə  həmişə  dayağ  və  arxa  olan, məni  sovet  KQB-sinin  cəngindən qoruyan  müəllimlərimə,  institutut  rəhbərliyinə  həmişə  borcluyam.  

Siz  15  ildir  ki,  Azərbaycan  Dövlətinin  xarici  siyasəti  başındasınız. Belə  normalda  demək  olar  ki,  bu  15  ilin  tən  yarısını  bəlkə də  daha  çoxunu  xarici  ölkələrdə keçirtmisiniz.  Əgər  bu  illər  ərzində hansısa  bir  ölkənin  Azərbaycana  qarşı   münasibətində  bir  dəyişikliyə  nail  ola  bilməmişsinizsə, bir  sözlə  Azərbaycan  həqiqətlərini  faktlarla  ortaya  qoymağı  bacarmırsınızsa,  onda   vay  bu  ölkənin  halına. Sual  edirəm,  necə  olur  mən  bir  kəndçi,  sınıq-sökük  bir  məktəbin  yetirməsi,  sizdən  fərqli  ingilis  dilində danışmağı  bacarmayan,  tərcüməçi  vasitəsi  ilə   qabağındakı   çex,  alman,  fransız  və başqalarında  Azərbaycan  haqqında qısa  bir  zaman  kəsiyində  fikir  formalaşdırmağı  bacarıram,  amma  siz  akademik  oğlu, elitar  məktəb  məzunu,  ingilis  dilində  ingilisdən  yaxşı  danışan, Azərbaycan  Respublikasının  Xarici  İşlər Naziri  olaraq  rəhbərlik  etdiyiniz çoxsaylı  diplomatlar  korpusu  ilə  illərdir  boşuna  ayaq  döyürsünüz!? 

Nə  yazıqlar  ki, ingilis  dilini  bilmək  heç də  xarici  işlər  naziri  olmaq  üçün  əsas  deyil. Azərbaycan  Dövlətinin  tarixi, mədəniyyəti,  dini,  adət-ənnələri, elmi-texniki  potensialı, milli  rəngarəngliyi,  ölkəmizdə  heç  bir  ölkədə  olmayan  tolerantlıq  və  s.  və  i. bütün  bunları  bilmək  və  təbliğ  etməyi  bacarmaq  lazımdır,  ən  əsası  odur  ki,  cəsarətli  və  düzgün  olmalısan  ki  sözün  keçərli  olsun. Elmar  müəllim  siz  nazirsiniz,  mən  isə  işsiz. Bəli  bu  Azərbaycanda  həyatın  istehzasıdır. Azərbaycanda  bir  həqiqət  var,  yalan  danışmaq. Bu  aksiomadır. Məni  haradasa   adi  bir  süpürgəçi  də  işə  götürə  biməyəcəyini  deyən  taxtabaş,  arxalı-dayılı, vəzifəlləri  ilə  öyünən,  qan-qan  deyən  qaqaşlar  Azərbaycan  sərhədlərini  aşan  kimi  nədənsə  dilsiz-ağızsıs  quzuya  dönürlər,  söz  danışmağa  cəsarətləri  olmur. İstəyirsiniz  bir  gündə  milyon  görüş  keçirdin,  xeyri  yoxdur,  təsiri  olmaz. Çünki  bu  gün  bizi  bütün  dünya  bizi  bizdən  yaxşı  tanıyır.  BMT-nin  74-cü  sesiyasında   iqtisadiyyat  nazirliyi  adından  çıxışınız başa  düşülən  deyil,  olmaya  bu  nazirliyin  də  funksiyaları  Sizə  həvalə  olunub!? Siz  Amerika  vətəndaşı  olan  oğlunuza  Amerikada  toy  edərkən  ermənilər  Şuşada, Ağdamıda  yallı  gedirdilər. 15  illik  mənasız  danışıqlardan  sonra  Siz  tərəddüd etmədən, adi bir şey olmuş kimi  Qarabağ  danışıqlarının  dalana  dirəndiyini  bəyan  edirsiniz.

Elmar  müəllim,  siz  Azərbaycan  Respublikasının  Xarici  İşlər  Nazirisiniz, amma  övladlarınız  Amerikada  yaşayır,  Amerika  vətəndaşlarıdır, bunun  bir  izahını  verə  bilərsinizmi? Budurmu sizin  Azərbaycana  olan  sevginiz? Məncə  sizin  ölkəmizə,  dövlətimizə   bağlılığınız   bir  çox  məmurlar  kimi  vəzifə  və  pul  üzərində  qurulub. Nə  oldu,  bir  vaxtlar  ölkənin  pullarını  sağa-sola  xərcləyən  məmur  övladlarının  səsi-soraqları  niyə  yoxdur,  havayı pullar  qurtardı,  vətənə  sevgi  də  bitdi!? Rəhbərlik  etdiyiniz  nazirliyə  niyə   sosial  durumundan,  doğulduğu  məkandan  asılı  olmayaraq  savadlı,  bacarıqlı  gənclər  işə  düzələ  bilmir?  Nə  vaxta  qədər  savadsız   məmur  övladları  Azərbaycan  diplomatiyasını  zəbt  edib,  olkənin  xarici  siyasətini özlərinin  biznes  maraqlarına  qurban  verəcəklər?  Çox  maraqlıdır  ki,  Siz  oğlunuza  Amerikada  toy  etdikdən  sonra Amerika   konqresmenləri  Qarabağa  artıq  vertolyotla  gəlirlər.  Görünür,  Sizin  uğurlu   xarici  siyasətinin   nəticəsi  olaraq  tezliklə  Qarabağ  dünyanın  turizm  mərkəzinə  çevriləcək.

Hörmətli, Azərbaycan  dövləti  üçün,  xalqı  üçün  hələ də bir iş görməyən Elmar  müəllim! Mən  istəyirəm ki, siz  özünüzdə  güc  tapıb,  digər  keyfiyyətsiz  Azərbaycan  məmurlarına  nümunə  ola  bikəcək  bir  addım  atasınız-istefa  verəsiniz. Bəlkə  Sizin  istefanızdan  sonra  bizim  kimilərin  qapısı  da  nəhayət  döyüləcək,  bizə  bacarığımızı  nəzərə  alıb haradasa  nə  isə  təklif  edəcəklər.  Amma,  xeyir. Biz  bu  gün  Azərbaycanda yaşayırıqsa, mənim  üçün  bu  yuxu  olaraq  qalacaq. Səbəb  döğulduğum  bölgə, pul  və  day-dayımın  olmamağı. Bəli,  nə  qədər  acı  olsa  da  bu  bir Azərbaycan  reallığıdır. Vəzifə  təyinatlarında  bölgəçilik,  pul  və  digər  parametrlər  Azərbaycan  dövlətinin  hər  tərəfli  inkişafını  əngəlləyən  ən  biricisi  və  əsas  səbəblərindən  biridir.  Fakt  göz  qabağındadır. Heç  bir  xarici  güvvə,  heç  bir  radikal  müxalifət   Azərbaycan  dövləti  üçün  bölgəçilik  və pul  qədər  təlükəli  ola  bilməz. Bu  xarici  güvvələri  və  radikal   müxalifəti  də bölgəçilik  və pul  vasitəsi  ilə  vəzifə  tutan  yaramaz  məmurlar  məlumatlandırır,  malyyələşdirirlər  ki,  ölkədə  mümkün  qədər  hərc-mərclik  olsun  və  onlar  da  vəzifələrində  əbədi  otursunlar.
 
Hörmətli, Elmar  müəllim! Siz  Azərbaycan  prezidentini  təbliğ  etməklə,  ona  tərif  söyləmklə  öz  mənfi  imicinizi  qoruyub  saxlamaq  istəyirsiniz. Azərbaycan  prezidentinə  tərifiniz,  onun  komandasına  sadiqliyiniz  rəhbərlik  etdiyiniz  nazirlyin  müsbət  işindən  ibarət  ola  bilər. Əgər  Amerikada,  Almaniyada,  Fransada  və  başqa  xarici  ölkələrdə  Sszi  və  diplomatik  korpusumuzun  nümayəndələrinin   aktivliyi  olsa  idi,  indi  bizim  ölkənin  Qarabağ  problemi  çoxdan  həllini  tapardı.

Son  olaraq  xahiş  edirəm  ki, əgər  istefa  vermək  fikrindən  uzaqsınızsa,   onda  məni  xarici  işlər  nazirliyinə  qapıda  duran  mühafizəçi  kimi  işə  görürün. Sizi  əmin  edirəm o  qapıdan   içəri  keçən hər  bir  xarici  vətəndaş   Azərbaycan  haqqında  qəti  müsbət  emosiyalarla ölkəsinə  geri dönəcək."
 
Hörmətlə:
Almaslı Sabir Mütəllimoğlu



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az