Sahil Babayev koronovirusla tutuldu: gənc nazir necə ifşa olunur?

Sahil Babayev koronovirusla tutuldu: gənc nazir necə ifşa olunur?

Koronovirus dönəminin məmur qəhrəmanı hələ li, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevdir. Son proseslərdə o təcrübəsizliyi və bacarıqsızlığı ilə vətəndaşların qəzəb dərəcəsinə görə səhiyyə naziri Oqtay Şirəliyevi də geridə qoydu. Cənab nazirin saxta təbəssümü timsahın məsum gözyaşlarına bənzəyir. O, bu yolla korrupsiyalaşan fəaliyyətini və qanunsuz əməllərini ört basdır etməyə çalışır. Sahil Babayevin bu cür fitri istedadı şeytanı belə qısqandırar. Onun fəaliyyətini təhlil etdiyimiz zaman açıq-aydın görünür ki, gənc nazir ölkənin birinci ailəsinin ətrafında səmimi vizual görüntü yaratmaqla həm ictimaiyyət arasında, həm də dövlət dairələrində özünə toxunulmazlıq qazandırmağa çalışır. 

Lakin, o bu fürsətçiliklə həm ölkənin birinci ailəsini, həm də ölkə rəhbərliyini nüfuzdan salır. Gənc nazirin tamahı sözün əsl mənasında daş kəsir. O, rəhbərlik etdiyi qurumun göstərdiyi xidmətlərdən yararlanan əhali qruplarını yağı düşmən gözüylə görür. Müxtəlif bəhanələrlə aztəminatlı vətəndaşlara təyin olunan ünvanlı dövlət sosial yardımlarının dayandırılması və əlilliyin ləğv olunması ictimaiyyətə elə təbliğ olunur ki, güya düşmən üzərində böyük qələbə qazanıblar. Əmək fəaliyyəti ilə məşğul olan əhalinin yarıdan çoxunun 250 manat əmək haqqı və yarıdan çoxunun 200 manat pensiya aldığı indiki vaxtda ölkə əhalisinin əksəriyyəti dövlətdən asılı vəziyyətdə yaşayır. Bu cür aztəminatlı vətəndaşları dövlət qayğısından məhrum etmək onları hakimiyyətdən incik salmağa və kütləvi narazılıq yaratmağa xidmət edir. Buna görə də, hakimiyyət bu cür strateji bir qurumu təcrübəsiz və savadsız bir komandaya tapşırmamalıdır.

Hakimiyyətə qarşı təxribat

Dövlətin idarə olunmasından anlayışı olan hər kəs yaxşı bilir ki, dövlət sosial siyasətini həyata keçirən qurumlar hər zaman stateji əhəmiyyət daşıyır. Əhalinin dövlətə və hakimiyyətə olan münasibəti bu qurumların fəaliyyətindən və ya fəaliyyətsizliyindən bir başa asılıdır. Buna görə də, həm iqtidar, həm də müxalifət bir-birini sosial politikalarına görə manipuliyasiya edir. Bu baxımdan dövlətin sosial siyasətini həyata keçirən qurumların fəaliyyəti ölkəmizdə də, həm iqtidar, həm də müxalifət üçün önəmlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı siyasi kursun ana xəttini sosialyönümlülük təşkil edir. Dövlət başçısının sərəmcamları və fərmanları ilə təsdiq olunan sosial islahatlar paketlərinin məqsədi əhalinin güzaranını yaxşılaşdırmaq və siyasi baxımdan xalqın rəğbətini qazanmaqdır. Lakin, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin yarıtmaz fəaliyyəti hakimiyyətin bu sahədə bütün siyasi gedişlərini fiaskoya uğradır. Onun fəaliyyəti həm ölkə daxilində, həm də beynəlxalq sferada hakimiyyətə etimadsızlıq yaradır. O, ətrafına yığdığı qeyri-peşəkar komanda ilə ölkəni nüfuzdan salır. Son prosslər isə bunu bir daha təsdiqlədi.

İnternet fiaskosu

Cumhuriyyet.az xatırladır ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verdiyi açıqlamada işsiz kimi qeydiyyata alınmaq və ya birdəfəlik ödəməni (190 manat) almaq üçün www.e-sosial.az portalına daxil olaraq "e-xidmətlər” bölməsindən "Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi” xidmətini seçərək elektron qaydada qeydiyyata düşmək kifayət idi. Bununla bağlı cumhuriyyet.az-a daxil olan çoxsaylı şikayətlərin araşdırılması zamanı məlum olub ki, ƏƏSMN-in açıqlamasında yer alan www.e-sosial.az saytı yaradılmış süni maneə nəticəsində iddia edilən kimi vətəndaşlara xidmət göstərə bilmir.
 




ƏSMN-in təqdim etmək istəmədiyi saytdan (e-sosial.az) görüntü

Məlumat üçün bildirək ki, yaranmış problem heç də kənar müdaxilə (xaker və bənzəri hücumlar) nəticəsində əmələ gəlməyib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytından yayımlanan açıqlamada WWW.e-sosial.az saytına daxil olaraq verilən təlimatların yerinə yetirilməli olduğu bildirilsə də (şəkil 1), saytın SSL sertifikatının WWW domeninə aid olmadığını təsbit edə bilmişik (şəkil 2).

Nazir üçün məmur örnəyi

Sahil Babayevin bu internet fiaskosunutəcrübəsizliyi ilə əlaqələndirmək olardı. Ancaq şəhid ailələrinə və Qarabağ qazilərinə olan münasibəti belə düşünməyə əsas verir ki, o məqsədli şəkildə belə edir. Bununla da, ölkə başçısını və hakimiyyət komandasını çətin vəziyyətə salır. Daha əhatəli təhlil üçün iki rəhbər şəxsin müqayisəsini aparmaq yerində olar. Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri general-leytenant Əli Nağıyevin baxışları ölkəmizi sevənlərə güvən, düşmənlərimizə isə qorxu və həyəcan yaşadır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yanında onun əsalətli duruşu insanlarda xoş bir ovqat yaradır.

O, saxta təbəssümün şirinliyini etməkdənsə ədaləti və fəaliyyəti ilə hakimiyyətə xidmət edir. Əli Nağıyev rəhbərlik etdiyi qurumda peşəkarlara və savadlı kadrlara üstünlük verir. Hazırlıqlı kadrları sistemdən xaric edərək hakimiyyəti xarici düşmənlərin aquşuna atmır. O, təvazükar davranışı və xalqla qarşı ədalətli rəftarı ilə ölkədə gərginliyi azaltmağa çalışır. Bəs, Sahil Babayev nə edir? Onun başı qarışıb dost-tanışı ətrafına yığıb dövlət büdcəsini talamağa. Bütün günü özünü reklam etməklə qanunsuz işlərini ört basdır etməyə çalışır.

Dövlətə "DOST” kimi təqdim edilən düşmənçilik

Son zamanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən bu il ölkədə 30 min yeni sosial iş yeri yaradılması barədə açıqlamalar verilir. Amma bu iş yerlərinin harada yaradılması, bu işlərə qəbulun necə aparılması, bu işçilərin konkret kimə tabe olması və hansı işlərlə məşğul olacağı haqqında səhih məlumat verilmir. Ona görə də cumhuriyyet.az olaraq mövzu ilə bağlı kiçik bir araşdırma apardıq və bir sıra gizli mətləbləri üzə çıxardıq. Yaradılan iş yerlərinə qəbul edilən işçilər ƏƏSMN tərəfindən yaradılmış "DOST” iş adlı müəsissə ilə əmək müqaviləsi bağlayır. Əmək haqqı da nazirliyə bu məqsədlə ayrılmış vəsait hesabına ödənilir. Amma bu işçiləri işlədən yerli "komxozlar”dır. 

İşçilərin görməli olduqları iş isə yerli icra hakimiyyətlərinindir.

Qeyd edək ki, bu ilə qədər bu məqsədlə ayrılan vəsait yerli icra hakimiyyətlərinin xərclər smetasında nəzərdə tutulurdu. 2019-cu ildən isə həmin vəsait nazirlik vasitəsilə ödənilir. Elə bizim diqqətimizi də bu məsələ daha çox özünə cəlb elədi. Məlum oldu ki, əslində vəsaitin nazirlik xətti ilə verilməsi və müqavilələrin "DOST” iş mərkəzi ilə bağlanması yalnız görüntü üçündür. İşçilərin əksəriyyəti icra hakimiyyətinin birbaşa göstərişi ilə işə götürülür və demək olar ki, əksəriyyəti işə çıxmayaraq əmək haqqının çox hissəsini icra hakimiyyətinə verirlər. Onların görməli olduğu işi isə başqa dövlət qurumlarının işçilərinə iməcilik adı ilə zorla icra etdirirlər. Bir çox rayonlarda həmin işçilərə ümumiyyətlə əmək haqqı verilmir, belə şəxslərə "pensiya üçün stajınız toplanır” deyərək işə təyin etmək üçün rüşvət də alırlar. Vəsaitin nazirlik vasitəsilə ödənilməsi isə bu işin başında duranların törətdikləri maxinasiyanı, gənc və islahatçı nazir kimi cəmiyyətə sıranan Sahil Babayevin çətiri altında gizlətmək məqsədi daşıyır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az