SAHİL BABAYEVİN “KOLXOZ” SİYASƏTİ!-QATIRÇININ izi ilə…

SAHİL BABAYEVİN “KOLXOZ” SİYASƏTİ!-QATIRÇININ izi ilə…

Bir müddət əvvəl internet xəbər portallarında və sosial şəbəkələrdə maraqlı bir xəbərə yer verilmişdi. Sahil Babayevin at, eşşək və qatır yetişdirən sektor müdiri İlqar Eyyubov haqqında maraqlı iddialar və ittihamlar səsləndirilmişdi. İnternet xəbər portallarında geniş rezonans doğuran sabiq qatırçının izini və tozunu sürməyə çalışdıq. Dövlət Əmək Müfəttişliyi Xidmətinin sektor müdiri İlqar Eyyubov 1998-2002-ci illərdə Bakı Dövlət Universitetində ali təhsil alıb. Eyni zamanda hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. Lakin, o elmi fəaliyyətini davam etdirməyib. Bir müddət hüquq mühafizə orqanlarında xidmət keçib. Lakin, bu sahədə kariyera qura bilməyib. Bir ilə yaxın Bakı şəhərində 7 saylı Vəkil Bürosunda vəkillik edib. Onun əmək fəaliyyətində ən çox diqqət çəkən məqam qatırçılıq sahəsində fəaliyyət göstərməsi və buradan dövlət orqanında məsul vəzifəyə yüksəlməsidir. Ölkə də, çox sayda heyvandarlıqla məşğul olan fermerlər, çobanlar, ilxıçılar, naxırçılar və qatırçılar var. Lakin, onların başına belə bir tale quşu qonmayıb. Bəs görəsən İlqar Eyyubovu qatırçılıqdan dövlət qulluğuna aparan qüvvə nədir?

Nə hikmətdirsə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin özü və nazirliyə topladığı kadrların əksəriyyəti fəlsəfə doktoru elmi dərəcəsinə sahibdir. Lakin, elə həmin kadrların əksəriyyətinin elmlə və yaradıcılıqla heç bir əlaqəsi yoxdur. İqtisadiyyat üzrə fəlsəfə doktoru Heybət İmanov saxtakar və Hüquq üzrə fəlsəfə doktoru İlqar Eyyubov isə rüşvətxordu. Düzü Azərbaycan xalqı son bir ildə Əmək və Əhalinin Sosial müdafiəsi naziri Sahil Babayevin ətrafında baş verənləri heyrətlə izləyir. Gənc nazir xalqı özündən o qədər narazı salıb ki, onun timsalında xalq bir o qədər hakimiyyətdən incik düşüb. Son bir ildə baş verən narazılıqlar və etiraz aksiyaları Yeni Azərbaycan Partiyasının hakimiyyət dövründə heç vaxt indiki həddə çatmayıb. Sahil Babayev sanki xalqa qarşı müharibə elan edib. O, xalqın narazılıqlarını aradan qaldırmaq əvəzinə öz haqqını tələb edən əhaliyə qarşı dözümsüzlük göstərir. Biz siyasi təhlil aparmaq və şərh vermək niyyətində deyilik. Yeni Azərbaycan Partiyası ölkəni üfüqlü gələcəyə aparan yeganə siyasi gücdür. Lakin, Sahil Babayevin mövcud siyasi hakimiyyətin iradəsinə zidd və özünəbuyruq əməlləri partiyanın və hakimiyyətin imicinə xələl gətirir. Cəmiyyətdə elə bir fikir formalaşır ki, Sahil Babayevə hakimiyyət tərəfindən toxunulmazlıq verilib və bütün hərəkətlərinə görə məsuliyyətdən azad olunub. Sahil Babayev həm hakimiyyət, həm də müxalifət tərəfindən ən çox tənqid olunan və irad göstərilən məmurdu. Ən çox ictimai narazılığa səbəb olan hal odur ki, o xalqın narazılığını diqqətə almır və ictimaiyyət nümayəndələrinin iradlarına məhəl qoymur. Bir müddət əvvəl sosial Sosial şəbəkələrdə Sahil Babayevin əvvəllər qatırçılıqla məşğul olan rüşvətxor sektor müdiri İlqar Eyyubov və əvvəllər rüşvətxorluqla məşğul olan saxtakar şöbə müdiri Heybət İmanov haqqında ilginc ittihamlar səsləndirilmişdi. Hətta müvafiq təsdiqedici sənədin sürəti yayılmışdı. Lakin, nə Heybət İmanova, nədə İlqar Eyyubova gözün üstə qaşın var deyən olmadı. Hətta İlqar Eyyubov Dövlət İmtahan Mərkəzində müsabiqədən və müsahibədən keçmədən müddətli əmək müqaviləsi ilə müddətsiz və sərhədsiz fəaliyyət göstərir. O, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elman Cəfərovun rüşvət yığanıdır. Belə ki, elə onu qatırçılıqdan qulluqçuluğa gətirən və ağ günə çıxaran da Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elman Cəfərovdur. Onu da nəzərinizə çatdırım ki, Sahil Babayevin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə topladığı xidmət rəisləri Elman Cəfərov, Fuad Musayev, Cavid Əbdül-Qədirov və Himalay Məmişov dövlət qulluğu imtahanlarından keçməyə savadı çatmayan dövlət məmurlarıdır. Nazirlikdə 1000-dən artıq şəxs bu yolla qanuna zidd olaraq işə qəbul olunub. Sahil Babayevin kadr siyasəti qanunsuzluq üzərinə köklənib. O, heç kimə və heç nəyə məhəl qoymur. Ölkənin birinci ailəsinin himayəsində olduğunu iddia edir və qanunları heçə sayır. Dövlət İmtahan Mərkəzində uğur qazanan namizədlər isə işə qəbul olunmur. Sahil Babayevin Nazirliyinə işə düzəlmək ancaq ölkənin nüfuzlu və imkanlı şəxslərinin tapşırığı ilə mümkündür. Sahil Babayevin arxalı adamları isə ölkə əhalisinə zülm edir. Bu arxalı adamlardan olan Sektor müdiri İlqar Eyyubov nə edir? O, əmək hüquqları pozulan və ümidlə dövlətdən kömək istəyən vətəndaşların müxtəlif dövlət orqanlarına ünvanladığı və baxılması üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olmuş müraciətlərini öz nəzarətinə götürür və bu müraciətlərin cəriməsiz bağlanması üçün rüşvət yığır. Xidmət rəisi Elman Cəfərovun dərkənarı ilə icra üçün sektora göndərilən müraciətlər həmin sektorun Rəhim və Fərid adlı əməkdaşları tərəfindən realizə olunur. Belə ki, İşəgötür həmin əməkdaşlar tərəfindən hədələnərək onlardan rüşvət alınır. Vətəndaşların müraciətləri isə baxımsız qalır. Eyni zamanda həmin sektor Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli bölmələri tərəfindən icra olunan sənədlərə nəzarət edir. Bu o deməkdir ki, eyni zamanda yerli orqanların fəaliyyətindən əldə oluanan gəlirlərə də, İlqar Eyyubov nəzarət edir. Elman Cəfərov həm istehsalat xəsarətlərindən, həm də ərizə və şikayətlərin ört-bastır edilməsinə görə qazanc əldə edir. Növbəti yazılarımızda Elman Cəfərov və onun oliqarx rəisləri haqqında geniş araşdırma yazılarımız təqdim olunacaq. /Mənbə: elchi.az/
 
Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az