Şahin Bağırov: "SSRİ yarana bilməz"

Şahin Bağırov:
 
"Əgər SSRİ yaransa, onda Putin və yaxın oliqarx ətrafı ilk olaraq Sibirə sürgünə göndərilməlidir..."

"Bəzi politoloqlar lap falçılar kimi danışırlar. Guya, 2024-cü ilin sentyabrında Rusiya prezidenti Vladimir Putin SSRİ-ni bərpa edəcək. Bu mövzuya nə qədər axı münasibət bildirmək olar?! SSRİ yarana bilməz! Çünki Sov.İKP özünü buraxıb və onun ölkədə sosial bazası yoxdur. Rusiyada fəaliyyətdə olan Kommunist partiyaları da siyasi proseslərin periferiyasında qərar tutublar. Əgər söhbət bizim tanıdığımız SSRİ-dən gedirsə, onda ilk öncə V.Putin və onun yaxın oliqarx ətrafı kulak olunub Sibirə göndərilməlidir..."

Bu sözləri Miq.Az saytına açıqlamasında AMEA-nın aparıcı elmi işçisi, Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Şahin Bağırov bildirib.


Şahin Bağırov qeyd edir ki, post-Sovet respublikaların bir çoxu NATO-ya üzv olmuş dövlətlərdir. Amma bu bir faktdır ki, Rusiyanın imperiya maraqları hüdudsuzdur, onun post-Sovet ərazilərə iddiasını ortaya qoyması SSRİ-nin bərpa olunması anlamında başa düşülməməlidir:

"V.Putin admnistrasiyası Çar Rusiyasının sələfi kimi həmin tarixi ərazilərə revanş edə bilər. Əlbəttə, buna yeni Konstitusiya dəyişikliklərilə hüquqi baza yaratması da göz önündədir və perspektivdə dünya bunun şahidi ola bilər... V.Putin keçmiş Çar Rusiyasının əraziləri hesab olunan torpaqlara həsrətini gizlədə bilmir. Eləcə də bunun reallaşdırılması üçün ölkə Konstitusiyasında beynəlxalq hüququn prinsiplərinə zidd dəyişikliklərə gedilməsinə rəvac verildi. Əslində bu, beynəlxalq hüquqa meydan oxumaqdır. Hər bir ölkənin milli qanunvericiliyi beynəlxalq hüququn implimentasiyası çərçivəsində formalaşdırılmalıdır. Rusiyanın buna məhəl qoymaması beynəlxalq skandal yaradacaq. İlk öncə buna Venesiya Komissiyası mövqeyini bildirib və ardınca daha mötəbər təşkilatların sərt münsibətlərinin şahidi olacağıq. Şübhəsiz, Rusiyanın inadkar mövqeyindən geri çəkilməsi də ağlabatan deyil. Yəqin ki, Rusiya bu Konstitusiya dəyişiklikləri hesabına imperiya hüdudlarını genişləndirmək məqsədini yaxın gələcəkdə ortaya qoya bilər. Bu, gözləniləndir! Amma Rusiyanın bu addımı dünya müharibəsinin başlanması üçün klassik bir səbəb ola bilər və qaçılmazdır!"

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az