Şamaxıda avtoritetlər arasında atışma - Yaralananlar var

Şamaxıda avtoritetlər arasında atışma - Yaralananlar var
Şamaxı rayonunda silahlı insident olub.

Miq.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə iyunun 6-da baş verib. Kriminal aləmin 10-a yaxın üzvü arasında baş verən atışmada bir neçə nəfər yaralanıb.
Şamaxı Rayon Prokurorluğundan "Qafqazinfo"ya bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb və hazırda istintaq davam etdirilir. Prokurorluq hadisə ilə bağlı əlavə məlumat verməkdən imtina edib.
Prokurorluqdan Trend-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 29, 120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Hadisənin səbəbləri, eləcə də cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri davam etdirilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az