Samir Şərifov: "Gələn il Azərbaycan bir sıra beynəlxalq təşkilatların donor ölkəsi olacaq"

Samir Şərifov:

"Prezident İlham Əliyevin tapşırığı ilə gələn il Azərbaycan bir sıra beynəlxalq təşkilatların donor ölkəsi olacaq".

"Report” xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov Azərbaycanla Asiya İnkişaf Bankı (AİB) arasında əməkdaşlığın 20-ci il dönümünə həsr olunmuş tədbirdə deyib.

"Bu da Azərbaycanın beynəlxalq inkişafa töhfəsidir”, - deyən nazir Azərbaycanın AİB nəzdindəki Asiya İnkişaf Fondunda donor qismində iştirak edəcəyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, 2020-ci ilin dövlət büdcəsində üç beynəlxalq təşkilatda iştirak etmək üçün 7 milyon dollarlıq vəsait nəzərdə tutulur: "Avropa Yenidənqurma və İnkişaf Bankında iştirak etmək üçün 2 milyon dollar, Asiya İnkişaf Fondunda iştirak etmək üçün 2 milyon dollar, Beynəlxalq İnkişaf Assosiasiyasında iştirak etmək üçün isə 3 milyon dollar ayrılacaq”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az