Sankt-Peterburqda azərbaycanlı iş adamı soyulub

Sankt-Peterburqda azərbaycanlı iş adamı soyulub
Rusiyanın Sankt-Peterburq şəhərinin hüquq-mühafizə orqanları 59 yaşlı azərbaycanlı iş adamının zərər gördüyü böyük məbləğdə soyğun hadisəsinin üstünü açıb.
Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.
Zərərçəkmişin sözlərinə görə, o, iyunun 23-də gecəni Petroqradski rayonundakı yapon restoranında az tanıdığı həmvətəni ilə keçirib. Məkandan ayrılandan sonra iş adamı pullarının, cib telefonunun və qiymətli daşlarla bəzənən qızıl üzüyünün itdiyini anlayıb. Dəymiş ümumi zərər, təxminən, 2,5 milyon rubla bərabər olub.
Keçirilən operativ-əməliyyat tədbirləri nəticəsində Sankt-Peterburqun hüquq-mühafizə orqanları oğurluqda şübhəli bilinən şəxsi saxlayıblar. Bu, Azərbaycandan olan 40 yaşlı işsiz olub.
Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az