Sarkisyanın komandasından daha bir nəfər həbs olundu

Sarkisyanın komandasından daha bir nəfər həbs olundu

Ermənistan dövlət mühafizə xidmətinin rəisin keçmiş müavini Vaçaqan Kazaryan həbs edilib.


Modern.az ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Xüsusi təhqiqat xidməti məlumat yayıb.

O, gəlirləri gizlətmək və qeyri-qanuni şəkildə sərvətini artırmaqda ittiham olunur.

İyunun 20-də Kazaryanın villasında aparılan axtarış tədbirləri nəticəsində 35 milyon dram, 1 milyon 110 min 400 dollar, 230 min 500 avro, qarajında isə əlavə 2 min dollar aşkarlanıb.

Daha sonra iyunun 25-də onun "Ardşinbankdakı hesabından 50 min dollar, "Unibank”dakı hesabından isə 120 min dollar və 436 milyon dram nəğdləşdirilib.

Bütün bunlardan sonra Kazaryan həbs edilib.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az