Şəhid atası Çingiz Qurbanov danışdı-Vətən sağ olsun FOTO

Şəhid atası Çingiz Qurbanov danışdı-Vətən sağ olsun FOTO

Çingiz Qurbanov Azərbaycan Texniki Universitetin məzunudur

Dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Ermənistan- Azərbaycan  dövlət sərhədini pozmağa cəhd göstərərkən, qəhrəmanlıqla döyüşən və şəhid olan Çingiz Salman oğlu Qurbanov bir neçə il imiş ki, Bakı şəhərində yaşayırmış.

Həzrə kənd icra nümayəndəsi Vəlixan Vəlixanovun verdiyi məlumata görə, Həzrə kənd orta məktəbini bitirən Ç.Qurbanov Azərbaycan Texniki Universitetin məzunudur. O, universiteti bu il bitirib. İyul ayında isə Qusar rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağrılıb.

Şəhidimizin atası Salman Qurbanovun İstiPress-ə bildirdiyinə görə, o, ailəsi ilə birlikdə Bakıda kirayədə yaşayır.

"Xəbəri dünən eşitdik. Vətən sağ olsun. Oğlumun 22 yaşı var idi. Subay idi”, - deyə şəhid atası bildirdi.

Dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb.

Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.

Son zamanlar cəbhə xəttində nisbi sakitliyin hökm sürməsi, görünür Ermənistanı qane etmir və qarşı tərəf məqsədyönlü şəkildə, vaxtaşırı bu kimi təxribatlara əl atır.
 
Müdafiə Nazirliyi bildirir ki, əgər bundan sonra da düşmənin bu cür fəaliyyəti davam edərsə o, daha böyük və ağır itkilərlə üzləşəcəkdir.



Miq.az


 




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az