Şəhid batalyon komandirinin qızı Harvarda qəbul oldu - FOTO

Şəhid batalyon komandirinin qızı Harvarda qəbul oldu - FOTO

Xocavənd batalyonun komandiri İlhas Hüseynovun qızı Nigar Mövsümlü Harvard universitetinin magistraturasına qəbul olub. 
 
Miq.Az xəbər verir ki, bu barədə xəbəri  Qarabağ Qazisi, hərbi icmalçı Nazim Bayram feysbuk səhifəsində yazıb.

Qeyd edək ki, Nigar Mövsümlü Qarabağ həqiqətlərini dünyaya çatdırmaq işində beynəlxalq gənclər və tələbə meydançalarında faəl olan gənclərdəndir. 
 
Mövsümlü Nigar İlyas qızı 10 avqust 1993-ü ildə anadan olmuşdur. İlk ali təhsilini Qafqaz Universitetində Biznesin idarə edilməsi ixtisas üzrə alan Nigar təhsilini Türkiyənin Hacəttəpə Universitetində davam etdirmişdir. 2014-2017-ci illərdə Deloitte Audit ve Konsaltinq şirkətində Auditor/Konsultant, 2017-ci ildən hal-hazıra kimi Unilever istehsalatçı firmasında Azərbaycan və Gürcüstan ölkələri üzrə  müdir müavini vəzifəsində çalışır. Nigar Mövsümlü həm də Dağlıq Qarabağın Azərbaycanlı İcması İdarə Heyətinin üzvüdür.

YADDAŞ ÜÇÜN: Miq.Az saytında bir müddət əvvəl yazılmış "Düşmənin Aka QORXUSU və Qarabağ Şikəstəsini oxuya-oxuya GÜLLƏLƏNƏN ŞƏHİDİMİZ" adlı məqalədən bir parça oxucuların diqqətinə çatdırırıq:  

XÜSUSİ QEYD: "İlyas Hüseynov və əsgərləri ermənilərin mühasirəsinə düşmüşdülər. Aka yenə də sakit idi. Hər kəs mühasirədən çıxmaqdan əlini üzmüşdü. Elə bu anda əsgərlərdən biri ayağa qalxaraq uca səslə "Qarabağ şikəstəsi"ni oxumağa başlayır. Elə uca səslə oxuyurdusa, səsi dağlar arasında əks-səda verirdi. Şikəstəni oxuyan əsgər birdən erməni gülləsinə tuş gəldi. Şikəstə ən gözəl yerində kəsildi. Ermənilərə nifrəti artan əsgərlərə elə bil ALLAHdan qüvvə gəldi. Onlar Bozqurdun çaqqalın üstünə şığıdığı kimi ermənilərin üzərinə şığıyıb mühasirəni yardılar...
 
...İlyasın həyatı da "Qarabağ Şikəstəsi" kimi yarımçıq oldu. Həyatın ən şirin hissəsində müharibədə aldığı yaralara görə Şəhidlik zirvəsinə yüksəldi. Həkimlər onun bu qədər müddət necə yaşaya bildiyinə inana bilmirdilər. O, Bakıda ailəsinin yanında qala bilmirdi. O, doğma torpaqlardan əl çəkmədi. Ömrünün ən son anını belə orda keçirdi. İlyas Hüseynov 2006-cı ildə Qarabağın Xocavənd rayonunun Nərgiz təpə hissəsində həyatını başa vurmuşdur." 

ZƏRURİ XATIRLATMA: İlyas Hüseynov Qarabağ müharibəsinin iştirakçısı olub. Ağır döyüşlərdən keçib. Vətənin hər yerindən onun səsi gəlib. Ağır döyüşlərin birində yaralanır, sağaldıqdan sonra yenə də döyüşə qayıdır. Lakin atəşkəs dövründə o, aldığı ağır yaradan dünyasını dəyişir. Onun oğlu belə yazır: İlyas Hüseynov atamdır. Şəhiddir, fəxrimdir, qürurumdur. Kim səni unutsa da, mən səni unutmayacam. Hər an qəlbimdə olacaqsan! 

İlyas Hüseynov - 161 saylı batalyonun komandiri idi... Xocavənd Rayon İcra hakimi, Xocavənd batalyonunun qurucusu Eyvaz Hüseynovun və Kəşfiyyat bölüyünün komandiri İbad Hüseynovun böyük qardaşıdır. 

Elmin Aqiloğlu
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az