Şəhid qardaşların atası vəfat edib

Şəhid qardaşların atası vəfat edib

1992-ci il iyulun 29-da Laçın rayonunun Hoçaz kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuş Kamil və Asəf qardaşlarının atası Qəni Məmiyev vəfat edib.

Miq.Az xəbər verir ki, bu barədə yol təhlükəsizliyi məsələləri üzrə tanınmış ekspert Ərşad Hüseynov "Facebook" səhifəsində yazıb.

"1992-ci ildə bir gündə iki Şəhid vermiş, Laçının Hoçaz kəndinin sakini Qəni Məmiyevin vəfatı münasibətilə mərhumun qohumlarına və əzizlərinə baş sağlığı verirəm, səbr diləyirəm.
Qəni dayının oğlanları Kamil və Asəfin şəhidliyi Qarabağ müharibəsində bəlkə də nadir hadisələrdən olub. Onlar cəsurluqla döyüşərək cəmi 5-10 dəqiqəlik aralıqla şəhid oldular. Son hərəkətləri bir-birini qucaqlamaq olmuşdu...
Yerin onsuz da Cənnətdir, Qəni dayı.
Ruhun şad olsun!" , – deyə Ərşad Hüseynov yazıb.

Qeyd edək ki, hər iki qardaş 29 iyul 1992-ci ildə Hoçaz kəndi uğurunda gedən döyüşlərdə şəhid olmuşlar. 

Məmiyev Kamil Qəni oğlu 1969-cu ildə, Məmiyev Asəf Qəni oğlu isə 1972-ci ildə doğulublar. Ataları 82 yaşlı Məmiyev Qəni Əliş oğlu Tərtər rayonunda məcburi köçkün kimi məskunlaşmışdı. 

Məmiyev Kamil 1989-90-ci ildə Rusiyadan hərbi xidmətdən qayıdaraq 1991-ci ildən Laçın özünümüdafiə alayında vətənin müdafiəsinə qoşulmuşdur.

Asəf Məmiyev 1992-ci ildə orta məktəbi bitirib, iyun ayında Kəlbəcər rayonu istiqamətində Laçın batalyonunun tərkibində könüllü hərbi xidmət keçməklə cəbhə bölgəsinə yollanmişdir. Asəf Pircahan kəndində qardaşı Kamilin xidmət etdiyi (Şəhid Vaqif Quliyevin komandir olduğu briqada) könüllülərdən ibarət briqadaya qoşulmuş və döyüşlərdə iştirak etmişdir. Həmin briqada Hoçaz kəndinə daxil olub qəhrəmancasına vuruşaraq erməni tərəfi xeyli itki verdirərək qovmağa nail olsalar da, erməni sinayperçisi tərəfindən 9 nəfər, o cümlədən Kamil və Asəf qardaşları vurularaq şəhid olmuşlar.

Şəhid qardaşların məzarları Tərtər rayonunun Ələsgərli kənd (kecmiş Nar zavodu) qəbirstanlığındadır./karabakhmedia.az/

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az