Şəmistan Əlizamanlının 60 illik yubileyi keçirildi

Şəmistan Əlizamanlının 60 illik yubileyi keçirildi

Abşeron rayon Mədəniyyət Mərkəzində (Xırdalanda) Azərbaycanın ilk hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının 60 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Eyni zamanda, Ş.Əlizamanlının 60 illik yubileyinə həsr edilmiş "Dövrün səsi” filminin təqdimatı olub. Filmin ssenarisi müəllifləri İlham Tumas, Rey Kərimoğlu, rejissoru isə Nicat Cəlildir. 

Tədbirdə millət vəkilləri, Qarabağ qaziləri, müharibə veteranları, şəhid ailələri, generallar, zabitlər, şair və yazıçılar, Abşeron rayon ictimayiəti da iştirak edib. Millət vəkilləri Fazil Mustafa, Sona Əliyeva və digərləri çıxış ediblər. Çıxış edənlər Ş.Əlizamanlının keçdiyi şərəfli həyat yolunun hər kəsə, xüsusən də gənc nəslə bir örnək olduğunu vurğulayıblar.

Ş.Əlizamanlı bir neçə mahnı ifa edib. Onun ifası alqışlarla, böyük coşğu ilə qarşılanıb.

O, 60 illik yubileyi münasibəti ilə müxtəlif təşkilatların fəxri diplomları, plaket və medalları ilə təltif edilib.



Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az