Şəmkirdə AĞIR QƏZA: 10 nəfər xəstəxanalıq oldu

Şəmkirdə AĞIR QƏZA: 10 nəfər xəstəxanalıq oldu
Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Miq.az-a  verilən məlumata görə, yanvarın 4-də saat 15 radələrində Şəmkir rayonunun Seyfəli kəndində kənd sakinləri Ruslan İbrahimovun idarə etdiyi "Opel" və Nurəddin Nağıyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub.
Hadisənin baş verməsi nəticəsində hər iki avtomobilin sürücüsü və "Opel" markalı avtomobildə olan 8 sərnişin xəstəxanaya yerləşdiriliblər, onlardan 4-nə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Şəmkir RPŞ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az