Şəmkirdə bomba qoyulması barədə anonim zəng edən saxlanıldı - Sərxoş imiş...

Şəmkirdə bomba qoyulması barədə anonim zəng edən saxlanıldı - Sərxoş imiş...
Dekabrın 12-də saat 18 radələrində DİN-in "102 - Zəng Mərkəzi"nə mobil telefonla zəng vuran şəxs 3 ədəd bomba qoyulması barədə məlumat verib.

DİN Mətbuat Xidmətindən Miq.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal müvafiq tədbirlər görülüb, lakin fakt təsdiqini tapmayıb.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yalan məlumat verən şəxs - Şəmkir şəhər sakini, əvvəllər məhkum olunmuş Əkbər Həsənov Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun ağır dərəcəli sərxoş vəziyyətdə olması da müəyyən edilib.
Araşdırma aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az