Şəmkirdə qardaş qardaşı güllələyib

Şəmkirdə qardaş qardaşı güllələyib
Şəmkir rayonunda qardaş qardaşı güllələyib.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, "102–Zəng Mərkəzi” Xidmətinə iyulun 3-də Şəmkir rayonunun Qarabağlılar kəndi ərazisində bir nəfərin odlu silahla açılmış atəşdən xəsarət alması barədə müraciət daxil olub.
Müraciətlə əlaqədar dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəliblər. Araşdırmalarla kəndin əkin sahəsində E.Məmmədovun münaqişə zəminində tüfəngdən atəş açaraq qardaşı R.Məmmədovun qol nahiyəsinə xəsarət yetirməsi müəyyən edilib.
E.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb, ondan müvafiq sənədləri olmayan "TOZ-16” markalı ov tüfəngi götürülüb.
Faktla əlaqədar cinayət işi başlanıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az