Şəmkirdə toy vaya döndü: 4 yaralı

Şəmkirdə toy vaya döndü: 4 yaralı
Şəmkirdə ağır yol qəzası baş verib.

Miq.az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Abbaslı kəndi ərazisində toy karvanı ilə hərəkət edən "Opel" markalı avtomobil qarşı tərəfdən gələn "VAZ-2106" markalı avtomobillə toqquşub.

Nəticədə 4 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Onlar 1989-cu il təvəllüdlü Səadət Məmmədova, 1964-cü il təvəllüdlü Nurəddin Nağıyev, 1993-cü il təvəllüdlü Ruslan İbrahimov və 1978-ci il təvəllüdlü Könül Cabbarovadır.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az