"Səngərdə əsgərlərimizə atılan "QUMBARA" -Hərbi bloqqer Tofiq Şahmuradov


"Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Günnüt mügdəsinin İLK dəfə mən vermişəm... "

Hərbi bloqqer, Vkontakte sosial şəbəkəsində Azərbaycan silahlı qüvvələri barədə hərbi-diskussiya klubunun administratoru Tofiq Şahmuradov son vaxtlar ordumuz haqqında xaricdən gələn bəyanatlara qarşı məqalə ilə çıxış edib. Miq.Az saytı məqalənin maraqlı və həm də hərbi-vətənpərvərlik mövzusunda olduğunu nəzərə alıb yazını oxuculara təqdim edir...Beləliklə, hərbi bloqqer Tofiq Şahmuradov yazır:

Hakimiyyətə müxalifət olmaq olar, bu hər bir şəxsin öz fikridi.

Bizim xaricdə yaşıyan bəzi siyasi mühacirlərin əməlləri, fəaliyyətləri hakimiyyətə yox, Azərbaycan dövlətinə qarşıdı.
Demək olar ki, bunların bir çoxu erməni dəyirmanına su tökürlər.

Bu da təsadüfi deyil. Çünki onların əksəriyyəti sifarişlə işləyir. Ermənilərlə ilə qol-boyun olub, özlərini vətənpərvər kimi göstərən bu adamların bir adı var-vətən xainləri...

Axı ürəyi vətən eşqi ilə döyünən biri necə erməni ilə əlaqə saxlıya bilər?

3-4 siyasi mühacir çıxıb canlı debata bəyan edir ki,  Naxçıvanda olan əməliyyat hakimiyyətin 28 mayda olan həbsləri ört-basdır etmək üçün uydurmasıdır.

Əziz oxucular! Hörmətli bəylər, xanımlar! 

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun birləşmələrinin may ayında mövqelərini irəli çəkərək, o cümlədən Şərur rayonunun 1992-ci ildən düşmən nəzarətində olan Günnüt kəndini nəzarət altına alması barədə xəbəri ilk dəfə mən vermişəm. Xəbəri də mayın 20-də paylaşmışam. Halbuki, ordu və hakimiyyətin əleyhinə indi bəh-bəhlə danışanlar mən bu xəbəri yayanda ya hardasa yeyib-içirdilər, ya da  həmən vaxtı sizin o yoldaşlar kefdə-damaqda olublar...Şübhə etmirəm ki, o zaman bu adamlar erməni dostlarinin da sağlığına badə qaldırıblar...

Bir daha xatırladım ki, hələ 28 maydan əvvəl paylaşdığım xəbərdə qeyd etmişdim ki, Şərur rayonun Günnət kəndin nəzarətdə saxlayan çox yüksək strateji əhəmiyyətə malik, dəniz səviyyəsindən 1683 metr hündürlüyündə olan Qızıl Qaya yüksəkliyi ordumuzun bölmələri tərəfindən götürülüb. Yüksəkliyin ən böyük strateji əhəmiyyəti isə Gorus-Lacın-Qafan yolun nəzarətdə saxlamasıdır.

Yalan danışanda elə danışın ki, fakta söykənsin.

Etiraf edim ki, o zaman xəbəri paylaşanda necə min km hektar ərazinin azad olunmasını qeyd etməmişdim...Sadəcə, xəbərdə qeyd etmişdim ki, Azərbaycan ordusu mövqelərini irəli çəkərək Qızıl qaya yüksəkliyini azad edərək, Günnüt kəndin neytral ərazidən çıxardıb.

Yoldaşlarınızın həbsdən azad olunması üçün ironiyanız, ordumuzun qələbəyə doğru bir addım irəliləməsinə qarşı kin-küdrət dolu çabanız başa düşüləndi...Amma bunu, Azərbaycan əsgərinin, Silahlı Qüvvələrimizin əməyini yerə vurmaq, artmaqda olan hərbi-vətənəpərvərlik ruhumuza çamur atmaq, səngərdə yuxusuz qalan əsgərlərimizi siyasi proseslərə alət etmək xəyanətdi... və həm də Vətənə XƏYANƏT!!!

Çünki o döyüşdə olanlar nə deputat balasıdı, nə məmur balası, nə də yaxtaları okeanlarda üzən biznesmen balaları...

O döyüşdə Əsgər Tatarov Adil şəhid olub...

Orda vətən oğulları canları bahasına uğur əldə edib, indi siz gəlib bunu erməniyə sərf edən şəkildə niyə təqdim edirsiniz? 

Heç nə demirəm...Sadəcə şəhid Tatarovun atasına, onun yaşadığı şəraitə, ən azından dörd bacının bir qardaşı olduğuna diqqət yetirin...

Ay əclaflar, Azərbaycan ordusunun səngərinə heç olmasa, siz qumbara atmayın...
 
Xaricdə Azərbaycan Ordusunun əleyhinə verilən bütün mənfi bəyanatları hərbi bloqqer olaraq, əsgərimiz olan səngərə atılan qumbara kimi dəyərləndirirəm...Psixoloji qumbara..

Ayıblar olsun sizə.

Və sonda: Sizə təqdim etdiyim bu əsgərlərə diqqətlə baxın. Sizin bu əsgərləri siyası çirkablara qatmağınıza, bu qəhrəmanların hər-vətənpərvərlik ruhunu sındırmağa necə ürəyiniz gəlr?

Bəlkə buna da cavab verəsiniz.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az