SEPAH polkovnikini İsrail öldürüb - FOTO

SEPAH polkovnikini İsrail öldürüb - FOTO

İsrail hakimiyyəti ABŞ-a israillilərin və digər ölkə vətəndaşlarının qətlinə görə məsuliyyət daşıdığı iddia edilən İran ordusunun yüksək rütbəli zabitini məhv etdikləri barədə məlumat verib.

Miq.Az xəbər verir ki, bu barədə "Nyu York Tayms” mənbələrə istinadən məlumat yayıb.

Məlumatlara görə, söhbət İran ordusunun məxfi diviziyasının komandir müavini vəzifəsində çalışmış polkovnik Səyyad Xudayaridən gedir:

"Xudayari ötən bazar günü Tehrandakı evinin yaxınlığında öldürülüb. Mənbələrin bildirdiyinə görə, iki silahlı şəxs onun avtomobilinə yaxınlaşıb, bundan sonra avtomobilə azı beş güllə atıblar. Bu xəbərin ardınca isə rəsmi Tehran insidentdə İsraili günahlandırıb və ölkənin Milli Təhlükəsizlik Şurası bu qətlə sərt cavab verəcəyini deyib”.

Qeyd olunur ki, Xudayari Yaxın Şərqdəki əməliyyatlara cavabdeh idi:

"Lakin onun fəaliyyət sahəsi bununla məhdudlaşmırdı. Xudayarinin hədəfləri arasında Avropa, ABŞ, Keniya, Efiopiya və Birləşmiş Ərəb Əmirliklərindən olan mülki şəxslər və rəsmilər də var”.(axar.az)
 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az