Separatçıdan Paşinyanın arvadına dəstək: “Mehriban Əliyeva gəlsin, amma...”

Separatçıdan Paşinyanın arvadına dəstək:  “Mehriban Əliyeva gəlsin, amma...”

"Güc strukturlarında oğul istəyirik, bu dığanı qandallayıb Mehriban xanımın hüzuruna gətirə..."

Xəbər verildiyi kimi, işğalçı ölkə baş nazirinin arvadı Anna Akopyan İrəvanda keçirilmiş "sülh və təhlükəsizlik” bəhs edən bir lüzumsuz tədbirdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı işğal edilmiş Qarabağ bölgəsinə "dəvət edərək" həddini aşıb.

Moderator.az xəbər verir ki, Xankəndidəki nəşrlərin gecə saatlarında yaydığı məlumata görə,  Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış oyuncaq separatçı-terrorçu xunta rejiminin sözçüsü David Babayandan da A.Akopyanın "dəvət”inə dəstək gəlib. 

Separatçı məmurun açıqlamasında deyilir: 

"Mehriban xanım  Azərbaycanın nümayəndəsi və ya qonağı qismində   Azərbaycanla qonşu olan ölkəmizə rəsmi bir səfər edərsə,  biz həmişə hər hansı bir dövlətin hər hansı bir nümayəndəsinin və ya qonağın  hər səfərinə sevinirik. Amma yenə də bərabərhüquqlu tərəfdaş və ya turist, qonaq olaraq... 

Yeri gəlmişkən, "Artsax"dakı turistlər müxtəlif klublara baş çəkə, müxtəlif janrlarda musiqi, caz, opera dinləyə bilərlər. Və xüsusi olaraq müsəlman dünyasının nümayəndələri üçün - münasibətlər qurulandan sonraAzərbaycan üçün də - muğam üslubunda musiqi  daxil edilə bilər.  Bu, texniki tərəfdir. Səyahət şirkətləri qonaqların zövqlərini nəzərə alıb müvafiq xidmətlər təqdim edə bilər... ”

P.S. Bunu artıq qulaqardına vurmaq olmaz. Erməni dığasının biri Azərbaycanın torpağında oturub ölkənin 1-ci Vitse-Prezidentinə, 1-ci xanımına həqarət üslubunda müraciət ünvanlayır. Güc strukturlarında oğul istəyirik, David Babayanı qandallayıb Mehriban xanımın hüzuruna gətirə...

Sultan Laçın



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az