Sərkisyandan absurd-Ərdoğana deyərdim ki, əcdadlarım...

Sərkisyandan absurd-Ərdoğana deyərdim ki, əcdadlarım...

Ermənistanın Prezidenti Armen Sərkisyan İsveçrə və Fransa kanallarına Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla bağlı verdiyi açıqlamaya aydınlıq gətirib.

Axar.az xəbər verir ki, Armen Sərkisyan sözügedən reportaj zamanı erməni-türk münasibətləri ilə əlaqədar ayrıca bir açıqlama vermədiyini bildirirərək, bu tip açıqlamaların Ermənistan Xarici İşlər Nazirliyindən və hökumət qanadından verilməsi lazım olduğunu söyləyib:

"Reportaj zamanı jurnalist mənə anidən sual verdi. Sual bəsit idi: "Əgər indi qarşınızda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olsa idi, nələr deyərdiniz". Mən də səhər olduğu üçün, "Günaydın və bir erməni kimi danışılacaq şeylərimiz var, deyərdim” - dedim”.

O bildirib ki, sözügedən açıqlamanın siyasətlə heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın Prezidenti Armen Sərkisyan İsveçrənin İctimai teleradiosuna (RTS) müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana müraciət edərək, "Mən Ərdoğana deyərdim: Salam, cənab prezident. Düşünürəm, biz müzakirə etməliyik. Siz Türkiyənin, mən Ermənistanın prezidentiyəm. Mənim əcdadlarım Ərzurum, Van və Bitlisdəndir. Niyə Türkiyə və Ermənistan münasibətləri, bizim ortaq tariximiz haqqında danışmamalıyıq? Biz təkcə tarix yox, həm də gələcək haqqında, sizin və bizim övladlarımız, nəvələrimiz barədə danışmalıyıq. Mən xaçpərəstəm, xristianlıq bağışlamağı öyrədir, lakin bağışlama yalnız günahın etiraf edildiyi halda mümkündür”, - deyə iddialı çıxış edib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az