Sərnişinlərdən gediş haqqı tələb edən daşıyıcılar cəzalandırılacaqlar

Sərnişinlərdən gediş haqqı tələb edən daşıyıcılar cəzalandırılacaqlar
Bakı Nəqliyyat Agentliyinin (BNA) tələblərinə baxmayaraq, Bakı şəhərində fəaliyyət göstərən bəzi marşrut avtobus sürücüləri sərnişinlərdən ödəniş tələb edirlər.

Bunu Miq.az-a paytaxt sakinləri bildiriblər.

Onların sözlərinə görə, hazırda 30, 32, 46 və 49 saylı marşrut avtobuslarında sərnişinlərdən gediş haqqı tələb olunur.
BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, tələblərə əməl etməyən daşıyıcılar cəzalandırılacaqlar: "Belə bir gündə verilən göstərişə əməl etməyən, əhalini narazı salan və işinə məsuliyyətsiz yanaşan daşıyıcı, şəxslər barəsində ən sərt tədbirlər görüləcək".
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az