"Şərurlu İsfəndiyar" Bakı sakinlərini havasız qoyur (FOTO)


Bakı şəhər, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 24 ünvanında yerləşən iki binanın arasında onlara bitişik üçüncü bir tikintinin aparılması ilə bağlı sosial şəbəkələrdə foto paylaşılıb.
 
Qaynarinfo xəbər verir ki, fotonu jurnalist Müşfiq Cabbar çəkib. Əldə etdiyimiz məlumata görə, hündürmərtəbəli binaların biri "Şərur" MTK, digəri isə "Qlobal Azəri" MTK tərəfindən tikilib.
 
Hər iki şirkətin "Şərurlu İsfəndiyar" kimi tanınan tikinti maqnatı İsfəndiyar Axundova aid olduğu bildirilir.
 
Məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyətindən məlumat almağa çalışsaq da, qurumun saytında qeyd olunan nömrələrdən heç birinə cavab verən olmadı.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az