Səudiyyəli jurnalistin cəsədi quyudan tapıldı

Səudiyyəli jurnalistin cəsədi quyudan tapıldı
Səudiyyə Ərəbistanından olan müxalif jurnalist Camal Kaşıkçının cəsədi İstanbulda quyuda aşkar edilib. 
 
Oxu.Az-ın "RİA Novosti” agentliyinə istinadla xəbərinə görə, bununla bağlı "VƏTƏN” partiyasının sədri Doğu Pərinçək məlumat verib.
Onun sözlərinə əsasən, cəsəd Səudiyyə Ərəbsitanının İstanbuldakı baş konsulluğunun ərazisindəki quyuda tapılıb.
Perincek bu məlumatı İstanbul təhlükəsizlik xidmətindəki mənbədən aldığını bildirib.
Xatırladaq ki, Kaşıkçı oktyabrın 2-də sənəd almaq üçün İstanbulda yerləşən Səudiyyə Ərəbistanı konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az