Sevil Nuriyevadan Etimad İsmayılovun qətlilə bağlı - İlk açıqlama

Sevil Nuriyevadan Etimad İsmayılovun qətlilə bağlı - İlk açıqlama

Xəbər verildiyi kimi, Azərbaycanlı iş adamı Etimad İsmayılov bu gecə Türkiyənin İstanbul şəhərindəki ofisində qətlə yetirilib.

Etimad İsmayılov Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu, tanınmış telejurnalist Sevil Nuriyevanın həyat yoldaşıdır.

Teleqraf.com baş vermiş hadisə ilə bağlı Sevil Nuriyeva ilə əlaqə saxlayıb.

Telefon zəngimizə ağlayaraq cavab verən Sevil Nuriyeva İsmayılovun qətlə yetirildiyini təsdiqlədi. Hazırda danışacaq durumda olmadığını deyən telejurnalist həyat yoldaşı ilə bağlı mediaya sonra açıqlama verəcəyini bildirdi.

Qeyd edək ki, Etimad İsmayılov həmvətəni Gözəl Dəmirov tərəfindən odlu silahla qətlə yetirilib. G.Dəmirov saxlanılıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az