SİBARİTSTÇİLİK AKSİOMU və YENİLƏNMƏ SİNDROMU

SİBARİTSTÇİLİK AKSİOMU və YENİLƏNMƏ SİNDROMU
 
Yəhya Babanlı,
Tarix üzrə fəlsəfə doktoru

(Sibaritstçilik - naz-nemətə, işləməməyə vərdiş etmək)

Hazırda yaşadığımız mücərrəd planet - XX əsrin sonlarında yüz ilə yaxın müddətdə ciddi cəhdlə aparılan öz-özünə mübarizənin və bir-birinə zidd meyilərin toqquşmasının hasil etdiyi nəticədən qaynaqlanır. 

Bu "təhlükəli vəziyyət” elə bir hal aldı ki, konkret məqsəd ortaya qoyuldu və iki qütbdən birinin - "qütb ayısının məhvi”nə səbəb oldu.
- SSR-nin çökməsindən sonra ABŞ-ın birqütblü güc kimi meydana çıxıb ”qoruyucu fil” obrazlı Yeni Dünya Düzəni (YDD) həmahəng hərəkəti ilə "yeganə imperializm” siyasətini həyata keçirdiyi bu dövr ərzində YDD termini bütünlüklə özündə "vahid eqo”nu təzahür etdirdi.
ABŞ-ın yeni dövlətlərin həyatına tez inteqrasiya olmasının səbəblərindən biri "Marşal planı” çərçivəsində qazanılmış xoşməramlı münasibətin nostalgiyası idi.
Məhz "Tramp planı”da bu konteksdə YENİLƏNMƏ prosesinin manevrdir.
Mövcud "düzən - qayda, tərtib, üsul” gözümüzün qabağında təcrid şəraitdə yenidən YENİLƏNMƏyə start verilib.
Belə mürəkkəb situasiyada bu təbəddülatın sonunun nə ilə bitməsini təhlil və təyin etmək çox çətindir. 
Zənnimcə, dünyanın yeni konfiqurasiyası 3 əsas şərt üzərində qurulacaq:

1. Yeni düşüncə, meyar - ideya, insan cəmiyyətlərini idarə etmək üçün yeni ictimai formasiya və metod gərəkdir. 
Yəni, inkişaf səviyyəsinin pik həddinə çatan YDD əgər bir virusun qarşısında hazırlıqsız, aciz qalırsa, nano texnologiyanın, müasir tibb avadanlığın və hərbi texnikanın əhəmiyyətlilik dərəcəsi öz dominatlığını itirir.
(Hibrid ilə yanaşı, virus müharibəsi əsrinin yeni mərhələsinə qədəm qoyuruq).

2. Yeni yol, istiqamət - indiyə kimi yollar Avro-Atlantik məkana aparıb çıxarırdısa, bundan sonra Cənub-Şərqə doğru hərəkət edəcəyi qənaətinə gəlmək olar.

3. Yeni güc, ittifaq(lar) - artıq sərhədlər açılandan sonra dövlətlər iki və çoxtərəfli münasibətlərinə yenidən baxa, təzə regional və qlobal müttəfiqlər meydana çıxa bilər.
"Müttəfiqlər” yeni çağırışdan çıxış edəcəklər.
(Yaponiya, Çin, Hindistan öz mövqeyini yüksəldə bildi).
Burada din amili qabarıq şəkildə görünə: deizm və teizmə meyillilik arta bilər.

Qlobal təmayüllü və təzahürlü Rekonstruksiya - Yenidənqurma yerini tarixən formalaşmış dövlətlərin - kənd-şəhərlərin, yaşayış məntəqələrinin müasir dövrün sosial-iqtisadi, sanitar-gigiyena və bədii-memarlıq tələblərinə uyğun olaraq yenidən qurulması prosesinə yönləndirilibdir.

Bu ənənəvi təməl və tərzdir.

Qeyri-ənənəvi, yəni, indiki hadisə və şərtlər ilə qlobal şəkildə biruzə verən zəncirvari proseslər dünyanın xarici siması ilə yanaşı, daxili aləmində, orqanizmində də mutasiya baş verir: 
"situs iversus” - daxili orqanlarının yerinin səhv düşməsidi ki, bunun sağlam həyat tərzi sürməsi üçün səbatlı Həkim(lər)ə ehtiyacı var.
Yoxsa bu adi hal alacaq, genetik modifikasiya olunacaq ki, bu da bütöv cəmiyyətdə öz əksini və həllini tapacaq.

Elə 2000-ci ildən bu tərəfə yaşadığımız yer üzü "iç orqanlarının yerinin səhv düşməsi”nin aqibəti üzündən 20 il ərzində hamilə olduğu "bədheybətdən - koronovirusdan” azad olur.
Yeni doğulmuş "körpə” nə qədər baş yeyəcək onu zaman göstərəcək.

Ancaq onun qurbanlarının sayının artmaması üçün gərək təcəddüd, novasiya - YENİLƏŞMƏ xəstəliyin fonunda premediksiyası düzgün aparılsın. 
Yəni, xəstənin əməliyyat öncəsi həyəcanı aradan qaldırmaq, anestetik preparatların təsirindən yarana biləcək halların qarşısını almaqdır.

Madam ki, dövlətlərarası münasibətlərə (dost, qonşu, tərəfdaş və s.) bir virus son qoyursa, onda hansı strateji müttəfiqlikdən və ya qarşılıqlı əməkdaşlıqdan söhbət gedir.
Əgər, belə hallarda "qapalı rejim” tətbiq olunacaqsa, sərhədlərin bu niyyətlə açılması hansı məntiqə söykənir.
Yaxşı olar ki, bu situasiyada yeni formatlar yaransın - vəziyyətdən çıxış yolu birgə axtarılsın və bu istiqamətdə birlikdə addım atılsın.
Potensiallar nəzərdən keçirilsin və dəyərləndirilsin.

Bütün bunlar qloballaşmanın yeni atributlarının meydana gəlməsinə rəvac verməklə, təbii ki, yer kürəsini aporiya edərək YENİLƏYƏCƏKDİR!

Unutmayaq!

Biz, ikiqat təhlükəli vəziyyətdəyik: 
iki ümummilli problemlə üz-üzəyik - biri ön cəbhədə, o biri arxa cəbhədədir.
Arxa cəbhədə ümumbəşəri xəstəlik və xəstə təfəkkürlərlə mübarizə, ön cəbhədə də ümummilli xəstəlik və xəstə təxəyyüllə müharibə aparırıq.
Hələ-hələ "qopqondarma qurum”da keçirilən sapsaxta seçkiləri demirəm...

Nəticədə konfort həyat tərzinə öyrəşmiş insan cəmiyyətini yeni sınaq gözləyir:

I. Dünya və milli iqtisadi böhran;

II. Ərzaq və kənd təsərrüfatı məhsullarının qıtlığı;

III. İş yerlərinin azalması və yeni üsul metodların tətbiqi (komputer texnikası, elektronlaşma, virtuallaşma, robotlaşdırılma və s).

Bu xüsusda, Yeni Milli Strateji Konsepsiya hazırlanmalı, qarşıda bizi gözləyən "refresh əməliyyatı”, YENİLƏŞMƏ - meyar, istiqamət və ittifaqlar nəzərə alınmalıdır.
 
Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az