Siqaret çəkən tələbələr cərimələnəcək? - Azərbaycanda

Siqaret çəkən tələbələr cərimələnəcək? - Azərbaycanda

"Bu gün istisnasız olaraq bütün dövlət və özəl ali məktəblərdə görürsən ki, siqareti universitetlərin dəhlizlərində çəkirlər. İnanın ki, adamın ürəyi bulanır”.

Bu sözləri bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin bu günkü iclasında deputat Hüseynbala Mirələmov deyib.

Deputat "Tütün və tütün məmulatı haqqında" qanuna edilən dəyişikliyə münasibət bildirərək söyləyib ki, televiziylarda siqaretin reklamının qarşısı alınmalıdır:

"Siqaret 2-ci və 3-cü sinifdə oxuyan uşaqlardan başlayaraq qızlarımızın, uşaqlarımızın səhhətini korlayır. Azərbaycan mentalitetinə uyğun olmayan bir şeydir. Televiziyalarda siqaretin reklamının qarşısı alınmalıdır”.

H.Mirələmov universitetlərdə siqaret çəkən tələbələrin cərimələnməsinin də vacibliyini vurğulayıb.

"Türkiyədə hətta taksidə belə yazılıb: "Siqaret çəkmək olmaz, əks təqdirdə 60 lirə cərimə olunacaqsan”. Onlar bu cəriməni tətbiq edirlər də. İctimai yerlərdə siqaret çəkənlərə qarşı bizdə cərimələr var, amma buna əməl edilmir, cərimələr yazılmır. Əgər biz təqaüdlə dolanan tələbəni ictimai yerlərdə siqaret çəkdiyinə görə cərimə etsək inanın ki, o ümumiyyətlə siqareti də tərgidər”.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az