Şirvanda dəhşətli qəza: 4 nəfər öldü
Şirvan şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Miq.Az" xəbər verir ki, hadisə şəhərin giriş hissəsində qeydə alınıb.
Şamilov Qadir Cəfər oğlunun idarə etdiyi "Hunday" markali 90 OT 031 dövlət nömrəli avtomobil idarəetmədən çıxaraq Şirvan şəhərinin girişindəki alaqapıya çırpılıb. Nəticədə sürücü və avtomobildə olan 3 qadın dünyasını dəyişib.
Miq.Az