Siz hansı Müstəqimi deyirsiniz? -Elgün Gəncimsoy Tərtərdən yazır

Siz hansı Müstəqimi deyirsiniz? -Elgün Gəncimsoy Tərtərdən yazır
Elgün Gəncimsoy
 
Atalardan bir misal var: Mərdi qovub namərd etməzlər. Baxıram yenə klaviatura qəhrəmanları "Xankəndin götürüb Laçın dəhlizinə tərəf irəliləyir" və düşməni bizə güldürürlər... Ayıbdı vallah, başqa heç nə yox, sadəcə ayıbdı...

Tərtər bir ovuc boyda rayondur. Amma ürəyi İstanbul və Təbrizdən yekədir. Çünki o ürəyin içində Qarabağ boyda qara dərd var. O Qarabağ ki, onun müdafiəsi uğrunda Azərbaycanın ən say-seçmə oğulları həlak olub. Can alıb, can verib... Və həmin oğulların əksəriyyətinin son damla qanı Tərtər torpağına düşüb, ciyərinə çəkdiyi son nəfəsini Tərtər havası təmin edib. Tərtərdə yuyulub... Tərtərdən yola düşüb əbədi və son görüşünə...

Bu gün Tərtər rayonu əmin əllərdədir deyirəm şəxsən. Ona görə əmin əllərdədir ki, rayonun hər bir sakini haqlı olduğu halda, haqqı olan haqqa sahiblənməkdə çətinlik çəkmir. Hərkəsə açıq olan rayon rəhbərliyinin qapısı, hər kəsi dinləməyə bol zamanı olan o qapının sahibi var. Hansısa situasiyadan istifadə ağ kətana qara ləkə sürtmək haqq işi deyil. Necə deyərlər, məscidin qapısı açıq olar "Kamaz"da da həya gərək... Təsəvvür edin, rayon hər sahədə nümunəvi göstəricilərə sahiblənir, rayonun inkişafı üçün dəridən qabıqdan çıxırlar, bir nəfər qış yuxusundan ala-çiy oyanıb, kiminsə küyü ilə video çəkir və hansısa şərəflə çalışan məmura çamur yaxır. Təbii ki bu səs-küyə baxmayaraq karvan keçib gedəcək. Amma bir fədakarı həvəsdən salmaq mərdi namərd etmək qədər ağır namərdlikdir... 

Cənablar, əbəs demirəm haa... Sözün əsl mənasında namərdlikdir. Fikirləşin, ölkə rəhbəri müşavirə keçirib Tərtər rayonu haqqında yüksək fikir səsləndirir, rayonda aparılan uğurlu inkişafı dəstəkləyir və bir qrup bunun əksini deyir. Bax, buna deyərəm "ağ dəvənin qara kölgəsi..." Oxuyanlar bilər ağ dəvənin qara kölgəsi nə deməkdir. Ağ dəvədə etiqad etdiyimiz islam peyğəmbəri gəzib və həmişə o haqq olanı tövsiyə edib. Amma o misal kimi aradakı imansızları işarə edərək buna ağ dəvənin qara kölgəsi olduğu misal gətirib.

Oxumaq demişkən, indidə həmin o kənardan idarə olunan zümrə düşüb Tərtər təhsilinin üstünə. Yaşar adlı ağlı, əqidəsi, siyasi mövqeyi və əxlaqi yerində olan birinin üstünə hay-huy edirlər. Tərtər rayon təhsil idarəsinə çoxdan bələdəm. Çətinliklərin olduğu dönəmdən vuruşur, yaranan nöqsanları aradan qaldırmağa çalışır. O ki qaldı hazırkı təhsil məmuruna, o adamı Facebookdan tanıyıram. Adam açıq- aşkar öz profilindən xalqa yaranmış çətinlikləri yazmaları barədə açıq müraciət edir. Şərhlər bölməsində hər kəslə müzakirə edəcək qədər intilekt və ədəbə sahibdir. Di gəl ki, bunu da "Müstəqimin adamıdır"- deyib qınaq obyektinə çevirirlər...

Cənablar, mən başa düşə bilmirəm, siz hansı Müstəqimi deyirsiniz? Yəqin ki, cənab Prezident İlham Əliyevin müşavirə zamanı bəyənib, hər kəsə örnək göstərib dəstəklədiyi Müstəqim Məmmədovu demirsiniz. Çünki onun Tərtər rayonunun inkişafı üçün gördüyü işləri Dövlətimiz dəstəkləyir və bəyənir. Bu belə... Bundan başqa o rayonda sizin dediyiniz xarakterdə olan Müstəqim varsa, sizi and verirəm baxıb görə bilmədiklərinizə, ancaq o görünməzlərdən aldığınız sifarişlərə xəbər edin, gəlib bir yerdə etiraz edək. Tənqid edək, daşlayaq lap...

Cənablar, atalarımızın məndən əvvəl dəfələrlə dediyi bu ifadəni bir də xatırladıram: Mərdi qova-qova namərd etməzlər... Bir çayxanaya görə atanın adın, bir məqsədə görə ata yurdun bada verməzlər.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az