“Snayperlər susur” – Separatçılardan Düşənbə görüşünə reaksiya

“Snayperlər susur” – Separatçılardan Düşənbə görüşünə reaksiya

Qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədlərindəki sakitlik Ermənistan və Azərbaycan rəhbərləri arasında Düşənbədə keçirilmiş görüşün nəticəsidir.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin "mətbuat katibi” Tiqran Abramyan deyib.

T.Abramyan Baş nazir Nikol Paşinyanın təmas xəttindəki vəziyyətlə bağlı səsləndirdiyi fikirləri şərh edib.

"Mümkündür ki, cəbhə xəttindəki sakitlik İlham Əliyev və Nikol Paşinyan arasında keçirilmiş görüşdə əldə edilmiş anlaşmanın nəticəsidir. Hesab etmək olar ki, snyayperlər və iriçaplı silahların susması da buradan qaynaqlanır. Lakin gözləmək lazımdır”.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan təmas xəttində indiyədək misli görülməmiş sakitliyin hökm sürdüyünü deyib.

O, cəbhə xəttində yaranmış sakitliyin Azərbaycan Prezidenti İlham Əliyevlə Düşənbədə (Tacikistan) keçirdiyi görüşdən qaynaqlandığını bildirib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az