Şok iddia: “Türkiyənin nüvə silahı...” – Yeni anlaşma balansı dəyişir

Şok iddia: “Türkiyənin nüvə silahı...” – Yeni anlaşma balansı dəyişir

"Türkiyə nüvə sualtı gəmilərindən istifadə edərək atom bombası istehsal edə bilər”.

Miq.Az xəbər verir ki, bunu İngiltərənin "The Economist” qəzetinin redaktoru Şaşank Yoşi deyib.

O, Avstraliya, ABŞ və İngiltərə arasında imzalanmış müdafiə sazişinin (AUKUS) qeyri-nüvə ölkələri arasında nüvə silahı yarışını gücləndirəcəyini iddia edib:

"AUKUS-un nüvə silahlarının azaldılması prosesinə mənfi təsirləri olacaq. "Nüvə Silahlarının Yayılmasının qarşısının alınması haqqında” müqavilə qeyri-nüvə ölkələrinin atom bombası istehsal etməsini qadağan edir. Amma yüksək həcmdə zənginləşdirilmiş urandan istifadə olunan nüvə sualtı gəmilərinin istehsalını qadağan etmir.

Yəni burada əslində hüquqi boşluq var.

Düşünmürəm ki, insanlar Avstraliyanın nüvə bombası əldə etmək niyyətində olmasından narahat deyillər. Bu narahatlıq daha çox digər ölkələrdən qaynaqlanır. Bəlkə də Türkiyədən – nüvə silahı əldə etməkdə maraqlı olan bir çox ölkədən və onların əvvəllər nüvə proqramları ilə flört etmələrindən qaynaqlanır. Bu ölkələr nüvə sualtı gəmilərini atom bombası istehsalında əlverişli yol kimi görə bilərlər”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az