"SOLDAN BİRİNCİ KÜÇƏ” təqdim olunacaq
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə yeni şerilər kitabının imza günü baş tutacaq.
Belə ki, 1 İyun saat 13:00-da Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şairə Xəyalə Sevilin yeni işıq üzü görmüş "SOLDAN BİRİNCİ KÜÇƏ” adlı şeirlər kitabının təqdimat mərasimi keçiriləcək.
Miq.Az-ın məlumatına görə, tədbir Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada baş tutacaq.
Qeyd edək ki, "Zirvə" Tədris Mərkəzinin "ZirvəKitab" layihəsi çərçivəsində çap olunan kitabın redaktoru şair İntiqam Yaşardır.
Ünvan: Azərbaycan Milli Kitabxanası,"Sahil" metrosunun yaxınlığı, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı ilə üzbəüz)
Miq.Az