Son zəngin vaxtı açıqlandı - Rəsmi

Son zəngin vaxtı açıqlandı - Rəsmi
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov ANS-ə açıqlamasında deyib ki, mövcud qanunvericiliyə uyğun olaraq və dünya təcrübəsini nəzərə alaraq, dərs ilinin müddəti bu ildən etibarən iyun ayının 14-dək uzadıldığına görə son zəng də həmin gün çalınacaq. 
 
Nazirlər Kabineti dərs ilinin artırılması ilə bağlı "Ümumtəhsil məktəbinin nümunəvi nizamnaməsi”nə hələ 2014-cü ildə dəyişiklik edib. Bu dəyişiklik bu ildən etibarən məktəblərə tətbiq olunub.
 
Dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq. 
Dərs ili iki yarımilə bölünüb, birinci yarımil sentyabrın 15-dən yanvarın 26-na kimi, ikinci yarımil fevralın 1-dən iyunun 14-nə kimi davam edəcək. 
 
Dərs ili ərzində tətillərin tarixi aşağıdakı kimidir:
 
Payız tətili:  16 noyabr 20 noyabr 
Qış tətili:     27 yanvar  - 31 yanvar
 
İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili müəyyənləşdirilib. Bu tətil mayın 1-dən 5-nə kimi müəyyən olunub. 
 
Təhsil Nazirliyindən verilən məlumata görə, bu müddət ərzində materialların tədrisi nisbətən məktəbdə asanlaşacaq. Bu da uşaqların xeyrinə olan bir məsələdir.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az