Sosial şəbəkələr üzərindən alış-veriş edərkən diqqətli olun (VİDEO)

Sosial şəbəkələr üzərindən alış-veriş edərkən diqqətli olun (VİDEO)

Son zamanlar "Instagram" və "Facebook"da satış həyata keçirənlər var. Sosial plafotmalarda məhsul sifariş edənlər də artıb. Bəs onlayn satış zamanı zəmanət necə təmin edilir?

Saat, ətir,zinət və məişət əşyaları... Sosial şəbəkələrdə bu kimi bir çox məhsulun satışı həyata keçirilir. Xüsusuilə də "Instagram"da lazım olan bir çox məhsulu onlayn qaydada tapmaq mümkündür.

Satışa çıxarılan məhsulların əksəriyyətinə isə satıcı tərəfindən zəmanət verildiyi deyilir.

Elanlarda 1,2 hətta 3 illik zəmanət göstərilsə də, bu heçbir sənədlə rəsmiləşdirilmir. Hətta alınan məhsulu qaytarmaq belə birçox haldamümkün olmur.

Marketoloqlor belə satış profillərinin kifayət qədər müştərisi olduğunu və son zamanlar sürətlə sayının artdığını deyirlər.

Onlayn satış platformalarıüzərindən məhsul alarkkən isə bəzi məqamlara diqqət etmək lazımdır.Çünki bu tip satış profillərinin bağlanma ehtimalı çoxdur.

"İstehlakçıların hüquqlarının müdafıəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən isə alıcı qeyri-ərzaq malının ona verildiyi andan 14 gün müddətində dəyişdirə və qaytara bilər. Bunun üçün isəmalın həmin satıcıdan alındığına dair sübutlar kassa çeki, qəbz, zəmanət talonu və s. mütləq olmalıdır. Bundan əlavə qnaunvericiliyin tələblərinə əsasən bu cür satış edən şəxslərin mütləq VÖEN hesabı olmalı və satdığı malın dəyərinə uyğun vergi ödəməlidir. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə görə, aidiyyatı icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə 80 manat məbləğində cərimə nəzərdə tutulub.(Xəzər TV)
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az