Sosial yardım almaq istəyənlər üçün vacib xəbər - Video

Sosial yardım almaq istəyənlər üçün vacib xəbər - Video

Ünvanlı dövlət sosial yardımın alınması üçün elektron müraciət proseduru sadələşdirilir. Artıq elektron müraciət zamanı "ərizə-bəyannamə"nin doldurulması proseduru ləğv edilir.

Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi və şəffaflaşdırılması işləri çərçivəsində sosial yardımın alınması üçün aztəminatlı ailələr tərəfindən elektron qaydada müraciət proseduru sadələşdiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri əsasında bu ilin 30 aprel tarixində yaradılmış işçi qrupu tərəfindən bu istiqamətdə işlər aparılmaqla, aztəminatlı ailələrin sosial yardım proqramına daha rahat və asan müraciət imkanlarına şərait yaradılması əsas hədəflərdən biri kimi nəzərdə tutulub. İlkin mərhələdə sosial yardımın alınması üçün elektron qaydada müraciət zamanı "ərizə-bəyannamə"nin doldurulması üçün tələb olunan məlumatların sayının azaldılmaqla sadələşdirilməsi təmin ediləcək.

Tələb olunan məlumatların bir hissəsi, məsələn, ailənin gəlirləri tərkibinə daxil olan pensiya və müavinətlər barədə məlumatlar aidiyyəti elektron informasiya bazalarından əldə olunacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə bütün benefisiarlar haqqında məlumatların vahid elektron bazada toplanmasını nəzərdə tutan "sosial reyestr"in hazırlanması isə elektron müraciətin daha da sadələşdirilməsinə imkan yaradacaq. Ailəni təmsil edən şəxs yalnız FİN nömrəsini daxil etdikdə, həmin ailənin sosial yardım almaq hüquqlarına baxılması üçün tələb olunan bütün zəruri məlumatlar "sosial reyestr"dən götürüləcək və yardım təyin olunub-olunmamasına dair avtomatlaşdırılılmış mühitdə qərar qəbul ediləcək.

Miqaz Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az