Sumqayıtda namus cinayəti: FHN-nin idarəsinə girərək işçini ürəyindən bıçaqladı

Sumqayıtda namus cinayəti: FHN-nin idarəsinə girərək işçini ürəyindən bıçaqladı
Sumqayıt şəhərində Fövqəladə Hallar Nazirliyinin əməkdaşı qətlə yetirilib.

Miq.az Trend-ə istinadən xəbər verir ki, hadisə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Xüsusi Riskli Xilasetmə Xidmətinin həyətində baş verib.
Naməlum şəxs səhər saatlarında xidmətin ərazisinə daxil olaraq qurumun əməkdaşı, çavuş, 1984-cü il təvəllüdlü Kərimov Emin Vəli oğlunu ürəyindən bıçaqlayaraq qətlə yetirib.
Qətli törədən şəxs polisə könüllü təslim olub və hadisəni namus üstə törətdiyini bildirib.

Sumqayıt Şəhər Prokurorluğundan Trend-ə verilən məlumata görə, faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az