Suriyada dinc əhali bombalandı

Suriyada dinc əhali bombalandı

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyanın Deyr-ər-Zor şəhərində dinc əhalini bombalayıb.

RİA "Novosti" xəbər verir ki, bunu Suriyadan olan hərbi mənbə deyib.

Zərbənin Əs-Susa kəndinə endirildiyi qeyd olunur.

"Bəli, bu gün belə bir hadisə baş verib, koalisiya aviasiyası daima günahsız insanların evlərini bombalamaqla İŞİD-ə kömək edir", – deyə mənbə əlavə edib.

Hadisə nəticəsində ölən və yaralananlar var.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az