Şuşada "fars abidəsi" kimi təqdim edilən Azərbaycan məscidi “bərpa” edildi...-FOTO

Şuşada
Şuşada  "erməni torpaqlarında İran mədəniyyətinin abidəsi” kimi təqdim edilən Gövhər Ağa  məscidində "bərpa” işləri tamamlanmaq üzrədir. 


Moderator.az xəbər verir ki,  bu hada Xankəndindəki separatçı nəşrlər yazır. Xəbərdə daha sonra deyilir: 


"Bərpa işlərini "Şərq tarixi irsinin bərpası" erməni fondu ”İKOMOS-Ermənistan” və "IKOMOS-İran” təşkilatlarının dəstəyi ilə  həyata keçirir.  Şuşadakı məscidin bərpası layihəsi memar Səid Nahavandinin rəhbərlik etdiyi  İranlı mütəxəssislər qrupu tərəfindən hazırlanıb. S.Nahavandinin "Part Saman Jahan Co" şirkətinin əməkdaşları Ermənistan, İran, Rusiya və Avropa ölkələrinin arxivlərində, həm də yerində dərin və geniş tədqiqat işləri aparmışlar”. Nəticədə məscidin guya tam görünüşünü orijinal şəklində bərpa etməyə müvəffəq olublar...
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az