Şüvəlasnda "su qiyməti"nə dəbdəbəli villa satışa çıxarıldı - 10 milyon manat + VİDEO

Şüvəlasnda

Şüvəlanda satışa çıxarılan bir hektar ərazidə tikilmiş möhtəşəm villa hamının marağına səbəb olub.


Kimə məxsus olduğu bilinməyən villa geniş ərazidə tikilib və tam hazır vəziyyətdə satılır. Villa özünəməxsus fərqli üslubda inşa edilib. Olduqca fərqli eksteryerə məxsus villanın həyətində müxtəlif fərqli hovuz, xüsusi tikilmiş şəlalə, böyük futbol meydançası var.
Villa dəniz kənarında yerləşir və düz dəniz sahilinə çıxışı var. Tikili həm həyətdən, həm də daxildən bir neçə mərtəbəlidir (axar.az). Həyətdə müxtəlif növ ağaclar əkilib və ekzotik bağ yaradılıb. Super təmir edilmiş villanın içində 4 yataq otağı, 2 böyük zal və əlavə olaraq bir neçə konfrans zalı, sauna, ayrıca idman zalı, mini-kinoteatrı, dinlənmə otağı və sair var. Hovuzlardan biri tikilinin ən üst qatında yerləşir ki, bu da villanın özünəməxsusluğudur.
Bütün əşyaları və avadanlıqları ilə birgə satışa çıxarılan villanın qiyməti barədə heç bir məlumat yoxdur. Ancaq əmlak ekspertlərinin fikrincə, tikilinin dəyəri 10 milyon manatlarla ölçülə bilər.
// Ekspress.az

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az