Tabor komandirləri niyə TOPLANIR?-Polkovnikdən AÇIQLAMA

Tabor komandirləri niyə TOPLANIR?-Polkovnikdən AÇIQLAMA

"Bu toplantıda tabor komandiri vəzifəsini icra edən vəzifəli şəxslər öz bilik səviyyəsini sınaqdan keçirirlər”

"Bu, müəyyən bir proqram üzrə keçirilir və proqramda birinci növbədə yeni yanaşmalar, təkmilləşdirmə istiqamətində fikir və təcrübə mübadiləsi müzakirə olunur”

Bunu Moderator.az-a açıqlamasında tanınmış hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov ordumuzda tabor komandirlərinin toplantısının keçirilməsinə münasibət bildirərkən deyib. 

Ş.Ramaldanov bu kimi toplantıların tabor komandirləri üçün əhəmiyyətli olduğunu vurğulayıb:

"Tabor komandirlərinin toplantısı planlı şəkildə təşkil olunan toplantıdır. Bu, müəyyən bir proqram üzrə keçirilir və proqramda birinci növbədə yeni yanaşmalar, təkmilləşdirmə istiqamətində fikir və təcrübə mübadiləsi müzakirə olunur. Əlbəttə bu toplantının bir istiqamətində komandirlərin maarifləndirilməsi,  ikinci istiqamətində isə tabor komandirlərinin bilik səviyyəsi yoxlanılır. Onlardan imtahanlar götürülür və bu formada qiymətləndirilirlər. Bizim orduda bu toplantılar daim təşkil olunur və bunun çox böyük əhəmiyyəti var. Bu gün hər şey inkişaf edir, orduya da yeni silahlar gətirilir və onların tətbiqi və döyüş hazırlığında da müəyyən təkmillşədirmə işləri gedir.  Bununla əlaqədar olaraq tabor komandirləri bir yerdə olanda bu məsələlər orda müzakirə olunur. Bu toplantıdan sonra tabor komandirləri öz biliklərini daha da təkmilləşdirmiş olurlar. Onlarla toplantı zamanı Müdafiə nazirliyinin yüksək vəzifəli şəxsləri görüşürlər, yəni bu plan üzrə dərslərin təşkil olunmasıdır. Digər tərəfdən tabor komandiri vəzifəsini icra edən vəzifəli şəxslər öz bilik səviyyəsini sınaqdan keçirirlər. Əlbəttə belə toplantıların çox böyük əhəmiyyəti və tabor komandirlərinin gələcək fəaliyyətləri üçün çox müsbət təsirləri var”.
 
Xatırladaq ki, Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq tabor və divizion komandirləri, o cümlədən qərargah rəisləri ilə toplanışlar keçirilir. Toplanışda zabitlərin bilik və praktiki vərdişləri qiymətləndirilir, həmçinin müasir ümumqoşun döyüşünün aparılması üzrə nəzəri biliklər yoxlanılır. Şəxsi heyətə rəhbər sənədləri bilmələri üzrə test, atəş, taktiki-xüsusi və fiziki hazırlıq, eləcə də döyüş maşınlarının idarə olunması üzrə məqbullar verilir. 

Miq.Az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az