Taliban ABŞ-la müqavilə imzalamağa ümid edir

Taliban ABŞ-la müqavilə imzalamağa ümid edir

Radikal Taliban hərəkatı  2020-ci ilin yanvar ayının sonunadək ABŞ-la barışıq müqaviləsi imzalayacağını gözləyir. 

Miq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hazırda saziş layihəsi hazırlanıb, həlli tələb olunan yeganə məsələ onun imzalanma tarixidir.

Bundan əlavə, hərəkatın sözçüsü Sukhail Şahin Talibanın hərbi əməliyyatları azaltmasını, xarici qoşunların Əfqanıstandan təhlükəsiz şəkildə çıxmasına imkan verəcəyini vurğulayıb.

Günay Arifqızı


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az